“Avrora Qrup” koronavirusla mübarizəyə maliyyə yardımı etdi - MƏBLƏĞ
Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən biri, ölkəmizin qida təhlükəsizliyində aparıcı mövqelərdən birini tutan Avrora Qrup ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 200 min manat vəsait köçürüb.
Koronovirusla bağlı Dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədi ilə şirkətin Bizon Energy və Berg Energy brendi yüzdən çox 65 yaş üzəri tənha və kimsəsiz insanlara iki ay boyunca ərzaq yardımı edəcəyini elan edib. Ərzaq yardımlarının paylanmasına bugündən etibarən start verilib.
Avrora Qrup eyni zamanda koronavirusla mübarizə çərçivəsində bütün istehsal müəssisələrini dezinfeksiya edərək, çalışanlarını xüsusi geyim forması ilə təmin edib. Şirkət əhalinin qida təminatını nəzərə alaraq ərzaq stokunu artırmaq üçün gücləndirilmiş iş rejiminə keçib.
Bundan başqa əhalinin ərzaq təminatını nəzərə alaraq Avrora Qrupa daxil olan Makaron Fabriki, Dəyirman və Un Zavodu Kompleksi, Qazlı İçkilər Zavodu və Biskvit Fabriki tam gücü ilə fəaliyyətini davam etdirir. Eyni zamanda şirkətin pərakəndə qolu olan Grandmart və Bolmart Supermarketlər Şəbəkəsi də fəaliyyətini gücləndirilmiş formada davam etdirir və xalqımıza xidmət göstərir.
Məlumat üçün bildirək ki, Avrora Qrup 800-dən çox brendin rəsmi təmsilçisidir. Şirkət ölkəmizə idxal etdiyi qida məhsullarının dağıtımında da heç bir problem olmayacağı barədə əhaliyə təminat verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













.jpg)

