Dollar niyə ən etibarlı puldur?
Ən məşhur ehtiyat (rezerv) valyutası olmasından ən likvid və bənzərləri arasında ən yaxşı faizi verən pul olmasına qədər bir çox faktor ABŞ dollarını dünyanın ən etibarlı aləti edir.
Dollar və yen "etibarlı liman" statusuna malikdirlər
Marja xəbər verir ki, ötən ayın son həftəsindən dollar zəifləməyi davam etdirir. Ancaq bəzi təməl göstəricilərə görə, virusdan qaynaqlanan riskdən qaçışın panikaya çevrilməsi vəziyyətində dollar yenidən "ən yaxşı etibarlı alət" ola bilər.
VALYUTA EHTİYATI VALYUTASIDIR
Dolların etibarlı aktiv olduğunu qlobal valyuta ehtiyatları da sübut edir. Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatlarına görə, dolların cəmi valyuta ehtiyatlarındakı payı 62%, Avronun 20%, Yenin payı isə yalnız 6%-dir.
"ABN Amro Bank NV"nin valyuta strateqi Georgette Boele, "Riskdən qaçış bazarda panikaya çevrilsə dollar yenidən etibarlı alət statusuna qovuşar. Qorxunun artdığı zamanlarda ən çox tələb edilən pul vahidi ABŞ dolları ya da ABŞ Xəzinə istiqrazlarıdır" deyib.
LİKVİDLİK
Dolların istifadəsi beynəlxalq ticarətdən əmtəə və valyuta mübadiləsinə qədər uzanır. Bu vəziyyət ABŞ pulunun yalnız sərmayəçilər üçün deyil, eyni zamanda şirkətlər və hökumətlər üçün də lazımlı olduğunu göstərir.
Beynəlxalq Ödəmələr Bankının (BIS) məlumatlarına görə, dolların qlobal valyuta ödənişlərində payı yenin beş misli və avronun az qala üç misli qədərdir.
Həmçinin ABŞ Dolları qlobal miqyasda ən likvid istiqraz bazarını təqdim edir. Bu, dolları olanların pullarını rahatlıqla "park edə" biləcəyi mənasını verir.
Yenin güclü olmasında bir faktor Yaponiyanın dünyanın ən böyük kreditoru olmasıdır. Yapon sərmayəçilər ölkə xaricindəki investisiyaları bağlayıb (yenə çevirib) vəsaiti ölkəyə geri çağırdığında Yen bahalaşır. Dolların ABŞ-a qayıtmasının yaratdığı təsir isə çox aşağıdır.
Yenə də Yaponiyanın dünyanın ən borclu inkişaf etmiş ölkəsi olması, ölkənin xalis beynəlxalq sərmayə mövqenin Yenin adına açıq bir üstünlük olmadığını göstərir.
"SMBC Nikko Securities Inc"ın valyuta strateqi Makoto Noji, "Yeni heç bir zaman etibarlı alət olaraq görmədik. Yaponiyanın maliyyə kəsirlərini və əhali yaşlanarkən borcunu maliyyələşdirmək üçün tədbirləri olmaması səbəbilə etibarlı alət olaraq görülə bilməz" deyib.
FAİZ FƏRQİ
Dolların lehinə olan bir faktor ADB Xəzinə istiqrazlarının dünyanın ən yaxşı risksiz investisiya aləti olaraq görülməsi və buna qarşı Avropalı və Yapon analoqları ilə müqayisədə daha çox faiz verməsidir. 10 illik ABŞ istiqrazının faizi analoqları ilə müqayisədə ən azı 1 bənd daha yüksəkdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)







.jpg)







