Şəki üçün pul ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev "Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, Sərəncam ilə, Şəki rayonunun əhalisi 116539 nəfər olan 15 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,26 milyon manat ayrılıb.
Şəki rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı | Əhalinin sayı |
| Aydınbulaq kəndi | 1 | 1049 |
| Baş Göynük kəndi | 1 | 8421 |
| Baş Küngüt kəndi | 1 | 1550 |
| Baş Zəyzid kəndi | 1 | 5428 |
| Bideyiz kəndi | 2 | 1367 |
| Birinci Biləcik kəndi | 1 | 1702 |
| Böyük Dəhnə kəndi | 1 | 6144 |
| Daşbulaq kəndi | 1 | 521 |
| Daşüz kəndi | 2 | 1230 |
10. | İbrahimkənd kəndi | 1 | 789 |
11. | Kiçik Dəhnə kəndi | 1 | 7448 |
12. | Qoxmuq kəndi | 1 | 5558 |
13. | Oxud kəndi | 2 | 5466 |
14. | Şəki şəhəri | 1 | 67843 |
15. | Vərəzət kəndi | 1 | 2023 |
Cəmi | 18 | 116539 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 d. əvvəl
-
-
16 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 30 d. əvvəl
-
38 d. əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
51 d. əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
56 d. əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
-
1 saat əvvəl
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Nuran Kərimov AmCham Azərbaycanın yeni Prezidenti seçilib
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Ən çox oxunanlar
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib



























