Turizm Bələdçiləri Assosiasiyası 2020-ci il üzrə planlarını açıqladı
Yanvarın 14-də Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) “2019-cu il üzrə hesabat və 2020-cu il üzrə planlar” mövzusunda toplantısı keçirilib.
Tədbirdə ATBA-nın 2019-cu ildə fəaliyyət istiqamətləri üzrə gördüyü işlərdən, eləcə də Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasına (WFTGA) tamhüquqlu üzv olaraq qəbul edilmənin üstünlüklərindən danışılıb.
Tədbir çərçivəsində turizm bələdçilərinin peşə keyfiyyətlərinin təkmilləşdirilməsi üçün attestasiya prosesinin təqdimatı baş tutub, həmçinin Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və muzeylərə ödənişsiz giriş üçün respublika üzrə bələdçilərin qeydiyyatının II çağırışı elan edilib.
2020-ci il üzrə fəaliyyət planı çərçivəsində assosiasiya tərəfindən müxtəlif istiqamət və səviyyələrdə həyata keçiriləcək təlimlər və onların əhatə edəcəyi mövzular açıqlanıb.
Bundan əlavə, turizm bələdçisi sənayesinin hüquqi tənzimlənməsi mexanizmi barədə təqdimatla çıxış edilib.
Sonda Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən keçirilən təlimlərdə iştirak edən bələdçilər sertifikat və şəhadətnamələrlə təltif ediliblər.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
5 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 8 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb






















