Türk Lirəsi daha da ucuzlaşdı - MƏZƏNNƏ KRİTİK SƏVİYYƏNİ AŞDI
Dünən 5.84-dən 5.88 Türk lirəsinə bahalaşaraq 2 ayın ən yüksək səviyyəsini test edən ABŞ dolları bu səhər də yüksəlişini davam etdirərək kritik 5.90 səviyyəsini də aşıb. Ardıcıl 4 gündür Lirə dollar qarşısında dəyərdən düşür.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 11:58-də Dollar/TL məzənnəsi 5,9214 səviyyəsində olub.
ABŞ Senatının qondarma Erməni soyqırımı qanununu təsdiqləməsinin ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İncirlik və Kürecik hərbi bazalarını bağlaya biləcəyini söyləyib. Ərdoğanın açıqlaması Türk lirəsi və Türkiyə aktivləri üzərində təzyiqə səbəb olub.
ABŞ-ın Türkiyəyə sanksiyanı da ehtiva edən 2020-ci il hərbi müdafiə büdcəsi dünən Senatdan keçib. Qanunda Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemlərini aldığına görə Türkiyəyə F-35 təyyarələrinin təslim edilməməsi nəzərdə tutulur. İki ölkə arasındakı gərginlik məzənnənin yüksəlməsinə səbəb olur.
Dollar/TL məzənnəsinin 5.92-inin üzərinə yüksələrsə 6.10 lirəyə qədər qalxa biləcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)


