İstixana rəhbərləri borclarla bağlı güzəşt istəyirlər
Salyan rayonunda meyvə və tərəvəz istehsalı ilə məşğul olan istixana rəhbərləri ilə görüş keçirilib. Salyan rayon İcra Hakimiyyətində baş tutan görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və meyvə-tərəvəz istehsalı ilə məşğul olan 50-yə yaxın istixana sahibi iştirak edib.
Tədbirdə meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilib. Görüşdə çıxış edən sahibkarlar borclarla bağlı güzəştlərin tətbiq olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, bu, artıq istixana sahibləri ilə 3-cü görüşdür, bundan öncə Şəmkir rayonu və Bakı şəhərinin Xəzər rayonunda müzakirələr aparılıb. Görüşdə sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərin “Azəriqaz” İB-nin öz hesabına yerinə yetiriləcəyi bildirilib, borclu sahibkarların fəaliyyətinə köməklik göstərilməsi və digər məqamlarla bağlı məsələlərin həlli üçün elə yerindəcə tapşırıqlar verilib.
Tədbirdə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Sahibkarların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermer və sahibkarların məlumatlandırılacağı bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
