"OBA-dan alınmış şokoladdan zəhərlənmə" xəbərinə REAKSİYA
OBA marketlər şəbəkəsi: Qida zəhərlənməsi halı baş verməyib
“Araşdırma edilmədən, sübüt və dəlillər göstərilmədən xəbər paylaşılması xoşa gəlməzdir”
“Mediada Lökbatan qəsəbəsində yerləşən OBA marketlərin birindən alınan şokolad məhsulunda qurd olması və bunun nəticəsində zəhərlənmə halı yaşandığı ilə bağlı məlumat yayılıb. Bəzi media qurumlarının sadəcə alıcının dediyinə əsaslanaraq, heç bir sübüt və dəlil göstərilmədən, araşdırma edilmədən bu cür məlumatlar yaymasına təəssüfümüzü bildiririk”.
“Marja” xəbər verir ki, bu, OBA marketlər şəbəkəsinin açıqlamasında deyilir.
OBA hadisəni bütün detalları ilə araşdırıb və nəticəni ictimaiyyətlə paylaşır:
Zəhərləndiyi iddia olunan uşaqla bağlı
Hadisədən dərhal sonra OBA marketlər şəbəkəsinin nümayəndələri məsələni araşdırmağa başladı. Övladının zəhərləndiyini qeyd edən Ruslan Məmmədovla görüşüb məlumat alındı. O, qızının zəhərləndiyini iddia etsə də qeyd etdiyi naxoş halın zəhərlənmə ilə aidiyyatı olmadığı müəyyən edildi. R. Məmmədov həmçinin bildirib ki, övladının mədəsində ümumən problem var və ona şokolad tipli məhsul yemək məsləhət görülmür, o isə valideyinlərindən gizli olaraq 7-8 ədəd yeyib.
Xəstəxanadan məlumat
Uşağın zəhərlənmə halı ilə bağlı müraciət olunan 4 saylı Birləşmiş Uşaq Xəztəxanasının baş həkimi Cəmilə Muradxanova isə bildirib ki, Oksana Məmmədova həmin gün xəstəxanada olub, müayinə olunub və onda heç bir zəhərlənmə halı aşkar edilməyib.
Barəsində danışılan məhsul - şokolad
OBA-nın aidiyyatı strukturları tərəfindən barəsində danışılan məhsul – “Nevskiy Konditer Belinskiy” MMC-nin Russiya fabrik istehsalı olan Nevskiy-Orexovoe Tsarstvo Praline tipli korpuslu şirələnmiş konfet araşdırılıb. Mağazalara, həmçinin, depo stokuna baxış keçirilib və fərqli tarixli, fərqli partiyalardan nümunələr götürülüb. OBA loboratoriyalarında nümunələrə baxış zamanı məhsulun orqonoleptik göstəricilərində (görünüş, dad, qoxu) heç bir kənarlaşma aşkarlanmayıb.
Bütün bunlarla yanaşı, qeyd edək ki, məhsul tam təbii olduğu, qoruyucu maddələrdən çox az istifadə olunduğu və fındıq tərkibli olduğu üçün düzgün saxlanmadıqda xarab olma halı yaşana bilər. Məhz Lökbatanda yerləşən şikayətin qeydə alındığı mağazada əməkdaşlar tərəfindən saxlanma qaydasına əməl edilməməsi ilə məhsulda hansısa korlanma halı yaşanmış ola bilər. Lakin, bununla əlaqədar zəhərlənmə və ümumiyyətlə hər hansı bir formada sağlamlığa ziyan dəymə hadisəsinin baş vermədiyi dəqiqdir.
Məhsulların saxlanma qaydası ilə bağlı bütün OBA marketlər şəbəkəsinin əməkdaşları bir daha təlimatlandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 18 d. əvvəl
-
18 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 34 d. əvvəl
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN



















