Məşhur azərbaycanlı aparıcı bank sədrinə problemlər yaradıb
Rusiyada müxalifәt lideri Aleksey Navalnının rəhbəri olduğu Korrupsiyaya qarşı Mübarizə Fondu (KMF) “Rossiya1” televiziya kanalının məşhur azərbaycanlı aparıcısı Nailə Əsgərzadənin “Bombardier Global 6000” təyyarəsi və “SEA&US” tipli 62 metrlik yaxtadan istifadə etdiyi ilə bağlı məlumat yayıb.
“current time” nəşrinin verdiyi xəbərə görə, KMF əməkdaşları jurnalistin instaqram hesabındakı şəkillərini təyyarələrin və gəmilərin hərəkəti haqqında açıq məlumatlarla müqayisə ediblər. Onlar həmçinin yaxtanın fotoşəkillərini Barselona limanında park edərkən çəkə biliblər.
Bildirilir ki, biznes-jet hazırda Belizdə (Mərkəzi Amerikada dövlət- red.) ofşor zonada qeydiyyatdadır, lakin benefisiarları məlum deyil. Təyyarənin əvvəlki sahibi VTB Bankın strukturlarından birinin sahibi olub
“Bombardier Global 6000”nin dəyəri təxminən 60 milyon dollardır (KMF isə təyyarənin icarəyə götürülə biləcəyini qeyd edir. Onun icarə qiyməti uçuşun hər saatına 559 min rubl təşkil edir).
Yaxta da ofşor zonada qeydiyyatdadır, məbləği 62 milyon dollardır.
Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı ehtimal edir ki, 31 yaşlı Əsgərzadə jet və yaxtadan VTB rəhbəri Andrey Kostin ilə yaşadığı xüsusi “münasibət”ə görə istifadə edir: “Nailə Əsgərzadə buna bənzər şeyi özü ala bilməz. O, “Rossiya 1” dövlət telekanalında aparıcı işləyir. O, nə Solovevdir, nə də Kiselev, dövlət təbliğatının ulduzu isə heç deyil”.
Bundan başqa müxalifətçi iddia edib ki, Kostinin VTB-dəki maaşı da yaxtanı saxlamaq üçün kifayət etmir.
KMF-nin araşdırmasında Nailə Əsgərzadəyə məxsus daşınmaz əmlak barədə də məlumat qeyd olunub. Belə ki, Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən iki çıxarışda qeyd edilib ki, 2015-ci ildən bugünə qədər Nailə Vaqif qızı Əsgərzadə Moskva ətrafındakı “Jukovka-3”kotec qəsəbəsində 53 sot torpaq sahəsinə və sahəsi 923 kvadratmetr olan evə sahibdir.
Həmçinin onun Moskvada “Novaya Ostojenka” yaşayış kompleksində iki mənzilə sahib olduğuna dair məlumat var. Bildirilir ki, aparıcı 2011-ci ildə sahəsi 229 kvadratmetr olan, 2014-cü ildə isə 155 metrlik mənzilə sahib olub.
Eyni zamanda hesabatda 2019-cu ilin aprel ayında mediaya nəzarət edən Roskomnadzorun VTB dövlət bankı və onun 63 yaşlı rəhbəri Andrey Kostin, eləcə də Nailə Əsgərzadə haqda məlumatların dərc olunduğu minədək internet resursuna çıxışı blokladığı vurğulanıb.
Aprelin 4-də Baza nəşri bildirib ki, “Yandeks.Dzen” əvvəlcə VTB-yə, sonra isə Nailə Əsgərzadəyə məxsus olan yüz milyonlarla dollarlıq mənzil barədə araşdırmanı silib. Məqalədə deyilirdi ki, Əsgərzadə bu mənzilə VTB rəhbəri ilə münasibətləri sayəsində sahib ola bilərdi.
KMF-nin sözügedən hesabatından sonra N. Əsgərzadə instaqram hesabında fotosunu paylaşaraq haqqında yayılan məlumatlara belə reaksiya verib: “Öz instaqramıma bir məşhur blogger sayəsində yerli abunəçilərdən qazandım. Hər şeyin belə gedəcəyini heç düşünməzdim. Yeni abunəçilər, xoş gəlmisiniz”.
Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov da xəbəri şərh edib: “Bizim bu istintaq barədə məlumatımız yoxdur. Buna görə də hər hansı açıqlama verə bilmərik”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
3 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
4 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
21 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif














