Banka risklərin idarə edilməsi üzrə mütəxəssislər tələb olunur
“Azərbaycan Beynəlxalq Bankı” Transformasiya ofisinə Kredit/Bazar Risklərinin idarə edilməsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifələrinə namizəd seçimini açıq elan edir.
Bank fəaliyyətində yaranan maliyyə risklərinin (kredit və ya bazar riskləri) qiymətləndirilməsi, təhlili və idarə edilməsi sahəsində təcrübəsi olan, davamlı peşəkar və fərdi inkişafa can atan, yeni layihənin bir parçası olmaq istəyən bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.
Görəcəyiniz işlər:
- Maliyyə risklərinin qiymətləndirilməsi üçün lazımi analitik və statistik texnikalardan istifadə edilməsi;
- Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması;
- Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə öz təkliflərini verilməsi;
- Maliyyə (kredit və ya bazar) risklərinin idarə edilməsi üzrə layihələrdə koordinasiya və dəstəyin göstərilməsi;
- İdarə Heyəti və Transformasiya Ofisinin mütəmadi iclasları üçün transformasiya prosesinin ümümi inkişaf gedişinə dair hesabatların hazırlanması
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Peşəkar komanda ilə əməkdaşlıq
- Bank sahəsində davamlı karyera inkişafı
- Adekvat əmək haqqı
- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
Bizim üçün ideal namizəd:
- İqtisadiyyat, maliyyə və ya digər müvafiq istiqamət üzrə ali təhsil olan
- Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olan
- Bank sahəsində ən az 3 il iş təcrübəsi olan; (Kredit/Bazar risklərinin idarə olunmasında ən az 1 il təcrübəsi olan)
- Kredit və ya bazar risklərinin təhlili üzrə iş təcrübəsi olan
- CFA, FRM və ya müvafiq sahə üzrə beynəlxalq serifikatlara sahib olan
- Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dillərini bilən
- Güclü kommunikativ qabiliyyətə sahib olan
- MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 20.12.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Kredit/Bazar Risklərinin idarə edilməsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis")
Əlavə məlumat üçün: www.ibar.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


.jpg)


