Nəhəng bank Türk Lirəsinə görə böyük zərərə düşüb
ABŞ-ın qlobal maliyyə xidmətləri şirkəti və bankı "Morgan Stanley", Türk Lirəsindəki səhv əməliyyatdan qaynaqlanan 140 milyon dollar zərəri araşdırır.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, zərərin 27 yaşında bir treyder tərəfindən idarə olunan portfeldə Türk Lirəsinə bağlı olduğu bildirilir. "Morgan Stanley"i silkələyən istintaqa 27 yaşlı treyder Scott Eisner, həmçinin Rodrigo Jolig, Thiago Melzer və Mitchell Nadel adlı treyderlər də cəlb edilib.
İddia edilir ki, 140 milyon dollarlıq zərər gizlədilib. "Morgan Stanley", Scott Eisner tərəfindən gündəlik olaraq idarə olunan bir portfeldə yaranmış 140 milyon dollarlıq zərərin gizlədilməsi üçün qiymətli kağızların səhv işarələnilmiş ola biləcəyini araşdırır.
Xarici mətbuatda, "Morgan Stanley"in, yaranan zərəri gizlədikləri səbəbilə dörd treyderi işdən çıxartdığı və ya məzuniyyətə göndərmiş ola biləcəyi barədə məlumatlar dərc edilmişdi.
Türk Lirəsində 2018-də və 2019-un əvvəlində baş verən "dalğalanmalar" maliyyə sektorundakı bir neçə şirkət üçün problem olmuşdu. İndi "Morgan Stanley" zərərin necə meydana gəldiyini və bu vəziyyəti gizlətmək səylərinin olub-olmadığını araşdırır.
Scott Eisner 2014-cü ildə "Yale" Universitetindən məzun olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
36 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
37 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
























