Tədiyə balansında kəsir 21 dəfə azalıb
2016-cı ildə Azərbaycanın tədiyyə balansının kəsiri 539.2 milyon dollar təşkil edib.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, tədiyyə balansının kəsiri 2015-ci illə müqayisədə 21 dəfə azalıb. 2015-ci ildə tədiyə balansının ümumi saldosu mənfi 11 milyard 329 milyon dollar olmuşdu.
2016-cı ildə Azərbaycanda tədiyə balansının cari əməliyyat hesabının kəsiri 1,36 milyard dollar təşkil edib. 2015-ci ilin yanvar-dekabr aylarında cari əməliyyatlar hesabında 222.5 mln. dollar məbləğində kəsir yaranmışdı.
Balansdan məlum olur ki, ötən il Azərbaycan neft-qaz sektorunun cari əməliyyat hesabının profisiti 4,4 milyard dollar təşkil edib. 2015-ci ildə bu göstərici 6,55 milyarda bərabər idi.
2016-cı ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 22,2 milyard dollar təşkil edib.
Hesabat dövründə Azərbaycan 186 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
2016-cı ilin yekunlarına görə, Azərbaycanın ehtiyat aktivləri 539 milyon dollar həcmində azalıb. 2015-ci ildə azalma 11,33 milyard dollara bərabər idi.
TƏDİYƏ BALANSI NƏDİR?
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir. İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansi 4 hissədən ibarətdir: 1. Cari Əməliyyatlar balansı; 2. Kapitalın və maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin dəyişməsi və 4. Balanslaşdırıcı maddələr.
Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyükdürsə bu vəziyyət cari profisit (cari əməliyyatlar artıqlığı); Daha kiçikdirsə cari kəsir (cari əməliyyatlar defisiti) olaraq adlandırır.
Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
7 d. əvvəl
Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
-
- 13 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
2 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
Ən çox oxunanlar
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı



















.jpg)



