Azərbaycanın ailə şirkəti istiqraz buraxılışına hazırlaşır
Azərbaycanda borular və taralar istehsalçısı “Metak” şirkətinin kapital bazarlarından istiqraz buraxılışı yolu ilə vəsait cəlb etməsi nəzərdə tutulur.
Bunu “Marja”ya Bakı Fond Birjasının İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Vüqar Namazov bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə “Metak” şirkətinin səhmlərinin ilkin kütləvi satışı (İPO) nəzərdə tutulmur:
“Metak” isqtiqraz buraxılışına hazılaşır. “Metak” ailə şirkətidir. Bu şirkətin İPO-ya çıxması üçün özlərini korporativ şirkət olaraq göstərməli, maliyyə hesabatlarını beynəlxlaq standartlara uyğun tərtib etməli, özlərini geniş tanıtmalıdırlar. Biz “Listinq Məsləhət Proqramı” (LAP) çərçivəsində “Metak” şirkətinə maliyyə hesabatlarını beynəlxlaq standartlara uyğun tərtib etməkdə, auditdən keçməkdə köməklik edəcəyik. “Metak” İPO-ya çıxmaq üçün müəyyən mərhələləri keçməlidir. “Metak” şirkətinin qısa bir müddətdə səhm buraxması real görünmür. Səhmlərin ilkin buraxılışı üçün müəyyən hazırlıq görülməlidir. Bunun üçün də vaxt tələb olunur. Düzdür, hədəfimiz “Metak”ın səhmlərinin İPO-suna nail olmaqdır. Hal-hazırda isə “Metak” istiqraz buraxılışı ilə kapital bazarına çıxacaqdır.”
Vüqar Namazov qeyd etdi ki, “Listinq Məsləhət Proqramı”nın məqsədi kapital bazarlarından maliyyələşmənin təşviqi, şirkətlərə bu istiqamətdə kömək etməkdir. Şirkətlər kapital bazarlarından səhmlərin satışı, istiqraz buraxılışı və digər alətlər ilə daha aşağı faizlə borc cəlb edə bilərlər. Azərbaycanda ilk İPO-ya da nail olmaq “Listinq Məsləhət Proqramı”nın məqsədlərindən biridir.
İndiyədək “Listinq Məsləhət Proqramı” çərçivəsində Azərbaycanın mebel istehsalçısı “Embawood” şirkəti istiqraz buraxılışı yolu ilə 10 milyon manat vəsait cəlb etmişdir.
Vüqar Namazov vurğuladı ki, “Metak” davamlı olaraq inkişaf edən şirkətdir, yeni istehsal layihələrinin icrasını planlaşdırır. Onlar sözlərinə görə, “Metak” gec-tez partnyor cəlb etməlidirlər:
“İstənilən ailə şirkəti gec-tez paylarının müəyyən faizini satır. Bu gün tanınmış qlobal şirkətlərin əksəriyyəti ailə şirkətləri kimi formalaşıblar”.
“Metak”ın buraxacağı istiqrazın məbləği barədə Vüqar Namazov bildirdi ki, məbləğ investorlar ilə müzakirə nəticəsində müəyyən olunacaqdır:
“Mən hesab edirəm ki, Şirkət birinci kiçik məbləğlərdə buraxılışlar ilə özünü doğrultmalı və daha sonra böyük məbləğlərdə vəsait cəlbinə iddia etməlidir. İlk dəfə bazara çıxan bir şirkətin böyük məbləğdə vəsait cəlb etməsi bazar və investorlar üçün riskdir. Ən düzgünü addım-adım irəliləməkdir ”
Vüqar Namazov “10-a yaxın şirkətin “Listinq Məsləhət Proqramına” qoşulması üçün səylərimizi davam etdirirk” deyərək sözlərinə belə davam etdi:
“Biz bu şirkətlərdə potensial görürük. Onlar ənənəvi maliyyə alətlərindən - bank kreditindən, səhmdar vəsaitindən istifadə ediblər. Artıq şirkətlərin yeni menecerləri dərk edirlər ki, vəsait cəlb etməyin yeganə və ən bahalı yolu banklardan vəsait cəlb etmək deyil. Alternativ yol – kapital bazarları da mövcuddur. Bu gün Azərbaycanda kapitalları formalaşmış şirkətlər var. Həmin şirkətlər əllərində olan pullarını investisiya etmək üçün alət axtarırlar. Düzdür, onlar vəsaitlərini banklara yatırırlar. Amma digər tərəfdən də başa düşürlər ki, investisiyanı şaxələndirmək, “yumurtaları bir torbaya” yığmaq doğru deyil. Dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə keçirilən hərracların çoxunda tələb təklifi üstələyir. Bu, vəsaitlərin olduğuna işarədir. Şirkətlər vəsaitlərini yerləşdirmək üçün yer axtarırlar. Bu dövrdə də bizim missiyamım alternativ maliyyələşmə mexanizmini yaratmaqdır. Emitetlər başa düşməlidir ki, kapital bazarından banklar ilə müqayisədə daha aşağı faizlə vəsait cəlb edə bilərlər”.
Xəbər verdiyimiz kimi, Azərbaycanda polad borular istehsalçısı “Metak” MMC Bakı Fond Birjasının təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş “Listinq Məsləhət Proqramı”na qoşulmuşdur. 28.03.2017-ci il tarixində BFB-də BFB-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Vüqar Namazov və METAK MMC-nin icraçı direktoru Aydın Kərimov tərəfindən “Listinq Məsləhət Proqramı” (LAP)-na qoşulma haqqında saziş imzalanmışdır.
Sazişə əsasən “METAK” MMC kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə LAP çərçivəsində təqdim edilən ödənişsiz məlumat və məsləhət xidmətlərindən istifadə edəcəkdir. Hazırda şirkətin LAP çərçivəsində Azərbaycan kapital bazarlarından maliyyələşmə üzrə yol xəritəsi hazırlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
13 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)







