Əhaliyə əvvəlki qiymətə satılacaq - RAZILAŞMA
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məişətdə maye qazdan (LPG) istifadə edən əhali qrupunun ehtiyacını nəzərə alaraq, bu məhsulun əvvəlki qiymətlə istehlak bazarına təmin olunması barədə razılıq əldə edib.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, LPG-ni məişətdə istifadə edənlər üçün bu məhsulun qiymətinin artırılmaması barədə təchizatçı şirkətlə razılıq əldə olunub:
“LPG-nin əhaliyə satış qiymətinin formalaşdırılması birbaşa SOCAR-ın səlahiyyətində olmasa da, bu məhsulun istehsalçılarından biri kimi biz dövlət və cəmiyyətin maraqlarının maksimum mümkün dərəcədə təmin olunması üçün təchizatçılarla məşvərətlər və danışıqlar apardıq. Təklifimiz müsbət qarşılandı və beləliklə, SOCAR-ın ölkə daxilində istehsal etdiyi LPG həcmləri əvvəlki qiymətə (45 qəpik) əhaliyə satılacaq. Təchizatçı şirkət SOCAR-dan əldə etdiyi LPG həcmlərini məişətdə maye qaz balonlarından istifadə edən müştərilərə satacaq və balonların müştərinin ünvanına çatdırılmasını təmin edəcəkdir.
Ölkə daxilində istehsal edilən LPG hazırda bazar tələbatının yalnız bu hissəsini birbaşa qarşılayır. Tələbatın qalan hissəsi hazırda idxal hesabına təmin olunur. Təchizatçı şirkət idxal etdiyi LPG həcmlərini yanacaqdoldurma məntəqələrinə yönləndirir. Avtonəqliyyatın istifadəsinə yönləndirdiyi maye qazın satış qiyməti isə, dövlət və ya SOCAR-ın müdaxiləsi olmadan, idxal şərtləri əsasında formalaşır”.
SOCAR rəsmisi qeyd edib ki, hazırda kimya sənayesində LPG-yə tələbat artıb: “SOCAR-ın ölkə daxilində istehsal etdiyi LPG həcmləri də əsasən kimya sənayesində xammal kimi istifadə olunur. Hazırda “Azərikimya”nın Etilen-polietilen zavodunda dövri təmir işləri tam olaraq yekunlaşmayıb. Bu işlər başa çatdıqdan sonra SOCAR-ın Heydər Əliyev adına NEZ-də istehsal olunan LPG “Azərikimya”nın zavoduna yönləndiriləcək.
Ölkədə LPG-yə tələbat artdığına görə, təchizatçı şirkət avtonəqliyyat vasitələrində istifadə edilən LPG həcmlərini idxal hesabına qarşılayır və avtonəqliyyat üçün LPG-nin satış qiymətini məhz idxal şərtləri əsasında müəyyən edir. “SOCAR Petroleum” da digər YDM şəbəkələri kimi LPG-ni hazırda məhz idxal şərtləri əsasında formalaşan bu qiymətdən əldə edir”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
42 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 53 d. əvvəl
-
53 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN



















