Unibank Mobile-dan artıq planşetlərdə də istifadə mümkündür
Unibank Mobile-ın planşet versiyası istifadəyə verilib.
Mobil əlavənin planşet versiyasına bir sıra funksiyalar da əlavə olunub. Həm İOS, həm də Android platformalı planşetlər üçün hazılanan mobil tətbiqdə, müştəri əlavə olaraq öz silinmələrini cədvəl ya da siyahı formasında görə biləcək.
Unibank Mobile planşet istifadəçilərinə daha hansı imkanları yaradır?
-Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;
-Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək;
-Unibank-dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması - bunlar hamısı bir kliklə mümkündür;
-Olduğunuz yerdən kommunal, internet , kabel tv , kredit - istədiyiniz ödənişi həyata keçirin;
-Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik keçirilsin;
Unibank Mobile əlavəsi sizə həmçinin depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz.
“Deloitte & Touche LLC” şirkəti tərəfindən MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunan Unibank Mobile istifadəçilərinin sayı sürətlə artır. Hazırda kampaniya çərçivəsində Unibank Mobile-da kartlar arasında aparılan əməliyyatlar komissiyasızdır. Aprelin 10-dək öz kommunal, mobil, stasionar, internet / TV xidməti ödənişlərini Unibankın Mobil əlavəsi ilə edənlər, kart və hesablarından köçürmələr edənlər isə “Bahar kampaniyası” çərçivəsində 1000 manatadək pul qazanmaq şansı əldə edə bilərlər.
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindənhttp://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
40 d. əvvəl
Təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib
-
52 d. əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
1 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
1 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
3 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Prime Cotton”ın ixracında güclü artım
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
























