Bakı ilə Naftalan arasında sürət qatarı istifadəyə verilə bilər
Sərnişinlərin etibarlılığının və rahatlığının təmin edilməsi məqsədilə Bakıdan Naftalanadək avtomobil, qatar və avtobus əlaqəsi gücləndiriləcək.
Bu barədə "Azərbaycanda" ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə istinadən xəbər verir.
"Belə ki, Bakı ilə Naftalan arasında sürətli və yüksək keyfiyyətli avtobus və qatar xidmətlərinə başlamaq üçün aidiyyəti dövlət müəssisələri arasında Turizm Şurası vasitəsilə əməkdaşlıq əlaqələri qurulacaq. Səyahət agentlikləri vasitəsilə müvafiq koordinasiya qurulmaqla nəqliyyat vasitələri üçün biletlərin mehmanxanalarda təklif edilən sağlamlıq müalicə paketləri (“beauty treatments”) ilə birlikdə satışı həyata keçiriləcək. Büro tərəfindən müxtəlif növ broşürlər çap edilməklə, turizm informasiya mərkəzləri, yerli kanallar və turizm agentlikləri vasitəsilə həftə içi və həftə sonu sağlamlıq turizminin və nəqliyyat alternativlərinin təqdimatı keçiriləcək."
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017–2020-ci illər üzrə sağlamlıq turizminin inkişafına dair fəaliyyət planı hazırlanacaq.Bu plana həmçinin 2020-ci ildən sonra sağlamlıq turizminin inkişafına təkan vermək məqsədilə Qəbələ, Şabran, Masallı, Lənkəran rayonları kimi, digər məkanların mövcud təbii ehtiyatlarından istifadə məqsədilə uzunmüddətli planlar da daxil ediləcək.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 19 d. əvvəl
-
45 d. əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
-
1 saat əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
1 saat əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Ən çox oxunanlar
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır






















