Qubanın kəndində yaradılmış şirkət "Azərişıq"dan 19 milyon manatlıq sifariş aldı
"Azərişıq" ASC "Mal-materialların satın alınması" üzrə elan etdiyi növbəti tenderinin qalibini elan edib: "Qlobal-Elektro" MMC.
"Marja" xəbər verir ki, 18 iyul 2019-cu il tarixində "Azərişıq" ASC "Qlobal-Elektro" MMC ilə müqavilə imzlayıb. Müqavilə müxtəlif kabellərin satın alınmasını nəzərdə tutur. Müqavilənin məbləği 18 milyon 774 min 346 mantdır. Bu tədarükçü məhsulun Azərbaycandakı istehsalçısı deyil.
"Qlobal-Elektro" MMC-nin hüquqi ünvanı Quba rayonunun Nugədi kəndidir. 10 manat kapitala malik şirkətin direktoru Nazim Quliyevdir.
"Qlobal-Elektro" MMC 2018-ci ilin may ayında dövlət qeydiyyatına alınıb.
"Azərişiq" bu il Aprelində də "Qlobal-Elektro" MMC-dən 1 milyon 46,4 min manatlıq müxtəlif məhsullar satın alıb.
İndiyədək "Azərişıq" ASC "Qlobal-Elektro" MMC ilə ümumi məbləği 21 milyon 742 min manat olan 6 müqavilə imzalayıb.
"Azərişıq" "Qlobal-Elektro" MMC-dən ofis ləvazimatları, hətta avtomobil ehtiyat hissələri də satın alıb.
“QLOBAL-ELEKTRO” KABELLƏ BƏRABƏR PROQRAM TƏMİNATI DA SATIR
Sentyabr ayında da dövlət elektrik paylayıcı şirkəti "Azərişıq" "Qlobal-Elektro" MMC ilə iki müqavilə bağlayıb.
Müqavilələrə görə, "Qlobal-Elektro" MMC "Azərişıq" ASC-yə "İşə davamiyyət və giriş-çıxış nəzarəti" və "Satınalma və sifarişlərin idarə olunması" üçün proqram təminatları təqdim edəcək. Proqramların alınması 1 milyon 33.9 min manata (608.2 min ABŞ dolları) başa gələcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




