779 nəfərin sosial yardımı almaq hüququ dayandırılıb - SAXTAKARLIQ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı araşdırmalar davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində şübhə doğuran bəzi məqamlar üzə çıxıb.
Müəyyən edilib ki, 779 vətəndaşla 855 halda 206 işəgötürən tərəfindən cari ilin yanvarın 1-dən etibarən əmək müqaviləsi bağlanıb və həmin müqavilələrə çox qısa müddətə xitam verilib. Məlum olub ki, bağlanılmış əmək müqavilələri orta hesabla 16 gün qüvvədə olub. Hətta bəzi müqavilələrə (20 belə hal) bildiriş elektron sistemə (VEMTAS-a) daxil edildikdən bir neçə saat sonra xitam verilib.
Müvafiq olaraq müqavilələrə 37 halda 1 gün, 20 halda 2 gün, 35 halda 3 gün, 28 halda 4 gün, 19 halda isə 5 gün qüvvədə olmaqla ÜDSY təyinatı aparıldıqdan sonra xitam verilib.
Həmçinin müəyyən edilib ki, 19 işəgötürən tərəfindən 378 nəfər şəxslə əmək müqaviləsi bağlanılsa da, həmin işəgötürənlərin heç biri 2019-cu ildə sosial sığorta haqqı ödəməyib. Həmin müqavilə bağlanılanların hamısı ÜDSY təyinatı aparılanlardır. Araşdırmalar onu deməyə əsas verir ki, müqavilələr məhz sosial yardım almaq hüququnun yaradılması üçün bağlanılıb.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas məqsədlərindən biri də məhz məmur-vətəndaş təmasını aradan qaldırmaq, vətəndaş məmnunluğunu təmin etməklə aztəminatlı ailələrin ünvanlı sosial yardıma çıxışında ünvanlılıq prinsipinin əsas götürülməsidir. Nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davamlı olaraq aparılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
52 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















