Taksilərin dayanması üçün yerlər təşkil ediləcək
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında taksilərin dayanması üçün yerlər təşkil ediləcək.
Bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, şəhərin mobilliyinə nail olmaq, mərkəzi hissəsində nəqliyyat sıxlığını aradan qaldırmaq və intermodal nəqliyyat əməliyyatlarını təmin etmək hab konsepsiyasının məqsədlərindəndir: "Bakının ev sahibliyi etdiyi 1-ci Avropa və 4-cü İslam Həmrəyliyi Oyunları, eləcə də ötənilki enerji böhranı zamanı hab konsepsiyasının əhəmiyyəti bir daha təsdiq olundu. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyük-Şor qovşağı eləcə də metronun Koroğlu stansiyasının yaxınlığındakı Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilk hab olaraq 2016-cı ildə təşkil edilib. Mərkəzin istifadəyə verilməsi həm yol hərəkətinin təşkili, həm də sərnişindaşıma sahəsinə müsbət töhfə verib".
BNA sözçüsü qeyd edib ki, 2019-cu ildə “Koroğlu” habı əsaslı şəkildə yenidən qurulub və müasir nəqliyyat infrastrukturu yaradılıb: "Mərkəzdə sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə 4 platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informaiya texnologiyaları avadanlıqları, soyutma və istimə sistemləri ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahəsində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı kitab rəfləri də quraşdırılıb. Məqsəd sərnişinlərin kitab oxumağa marağını artırmaq, onların ideoloji tərbiyəsi və vətənpərvəliyinin gücləndirilməsinə töhfə verməkdir”.
Onun sözlərinə görə, gözləmə zalları ilə yanaşı mərkəzdə idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı, sanitar qovşağı inşa edilib: “Mərkəzin əsas özəlliklərindən biri də ərazisində yaşıllıq zonası-istirahət parkının salınmasıdır. Burada iqlim şəraitinə uyğun ağaclar əkilib. Bakının müasir inkişaf edən simasına uyğun hazırlanan parkda vətəndaşların istirahəti üçün tam şərait yaradılıb. Mərkəzin ən mühüm cəhətlərindən biri də fiziki imkanları məhdud insanlar üçün əlçatanlığın təmin olunmasıdır. Hərəkət istiqamətləri boyunca xüsusi tratil döşəmələr salınıb. Platformaların girişində əlil və uşaq arabalarının rahat hərəkəti üçün panduslar quraşdırılıb.
Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edir. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqlar–ödəmə terminalları quraşdırılıb, avtobusların giriş və çıxış istiqamətlərini, mərkəzin ərazisində hərəkət sxemini, konkret dayanacaq yerlərini bildirən yol nişanları və nişanlanma xətləri təchiz edilib, sərnişinlərin məsuliyyətini əks etdirən məlumatlar və qrafik təsvirlər yerləşdirilib.
Mərkəzin ərazisində velosipedlər üçün parklama yeri də təmin edilib. Habın yaxınlığında taksi duracaq yerlərinin təşkil edilməsi nəzərdə tutulur. Şəhərimizin sürətli sosial-iqtisadi inkişafı ilə ahəng təşkil edən Koroğlu hab konsepsiyası dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir".
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ






.jpg)
.jpg)





.jpg)



.jpg)








