Bakıda pul çapı mövzusunda beynəlxalq konfrans keçirilir
Bu gün Bakı şəhərində “Alov qüllələri” kompleksində yerləşən “Fairmont” mehmanxanasında Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilati dəstəyi və dünyanın aparıcı pul çapı, təhlükəsiz kağız və mühafizə elementləri istehsalı şirkətlərinin və mərkəzi bankların iştirakı ilə “Yüksək təhlükəsiz pul çapı” (High Security Printing) mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfrans 3 gün davam edəcəkdir. Konfransın ilk günü pul çapı, təhlükəsiz kağız və mühafizə elementlərinin istehsalı üzrə beynəlxalq şirkətlər tərərfindən iştirakçılar üçün seminarlar təşkil olunacaq, növbəti günlərdə isə mərkəzi banklar və beynəlxalq şirkətlər də daxil olmaqla geniş təqdimatlar keçiriləcəkdir.
Konfransın əsas təşəbbüskarı Böyük Britaniyanın “Reconnaissance International” şirkətidir. Bu şirkət tərəfindən 14 ildir ki, hər il dünyanın müxtəlif regionlarında bu mövzuda konfranslar keçirilir. Cari ildə konfrans Avropa regionu üzrə Azərbaycanda, Amerika regionu üzrə Qvatemalada, Asiya regionu üzrə isə Avstraliyada keçiriləcəkdir.
Azərbaycanda ilk dəfə keçirilən bu konfransda 50-ə yaxın ölkənin pul çapı, təhlükəsizlik kağız və mühafizə elementləri istehsalı şirkətlərindən, beynəlxalq təşkilatlardan, elmi tətqiqat institutlarından və 20-yə yaxın mərkəzi bankdan 300-dək nümayəndə iştirak edir.
Konfransda nağd pul tədavülünün təşkili, ödəniş infrastrukturu, kağız pul nişanlarının, təhlükəsiz kağız substratların və mühafizə elmentlərinin yaradılması, banknot və digər yüksək təhlükəsizlik sənədlərinin çap olunması, bu sahədə yeni innovasiya və texnologiyaların tətbiqi, eləcə də saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi kimi mövzular müzakirə olunacaqdır.
Eyni zamanda, konfransda Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycanda nağd pul tədavülü və nağdsız ödəniş eko-sistemi” və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Azərbaycanda e-Pasportların tətbiqi” mövzularında, eləcə də Beynəlxalq Nağd Pul Assosasiyası, ATM Sənayesi Assosasiyası (Böyük Britaniya), Avropa Mərkəzi Bankı, Türkiyə, Rusiya, Macarıstan, Səudiyə Ərəbistanın mərkəzi banklarının və digər beynəlxalq təşkilatların (İsveçrə, Fransa, Almaniya, Polşa və s. ölkələrdən) təqdimatları nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq



























