Mərkəzi Bankdan pul bazarının aktivləşməsinə dəstək
Azərbaycan Mərkəzi Bankı pul siyasəti əməliyyatlarının səmərəliliyini artırmaq üçün daim alət potensialının inkişafı üzrə iş aparır. Bu istiqamətdə sterilizasiya alətlərini müddət üzrə diversifikasiya etməklə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması, bütövlükdə qiymətli kağızlar bazarının inkişafına və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləmək məqsədiləmərhələli şəkildə 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi nəzərdə tutulur.
"Marja" xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı açıqlamada deyilir.
Açıqlamada qeyd edilib ki, yeni müddətli notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdiriləcəkdir. Yəni yeni müddətli notlarla bağlı keçiriləcək hərraclarda təqdim olunacaq sifarişlər Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmayacaq və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirəcəkdir.
Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklərdən biri də hesablaşma rejimindəki dəyişikliklərdir. Belə ki, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün 18 sentyabr tarixində keçirilmiş 28 günlük not hərracından etibarən Mərkəzi Bankın bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçirir.
İLK HƏRRACDA TƏLƏB TƏKLİFİ 5 DƏFƏ ÜSTƏLƏYİB
Qeyd edək ki, bu gün Bakı Fond Birjasında 84 günlük ilk not hərracı keçirilmişdir. Hərracda 30 milyon manatlıq təklifə qarşı tələb 147,59 milyon manat təşkil etmişdir. Hərracda təqdim olunmuş sifarişlərin gəlirliliyi 6,0%-9,5% intervalında olmuşdur. Kəsmə qiymət üzrə gəlirlilik 6,04%, orta ölçülmüş gəlirlilik isə 6,03% təşkil etmişdir.
Məlumat üçün bildirək ki, sterliziasiya Mərkəzi Bankın açıq bazar əməliyyatlarından biridir. Açıq bazar əməliyyatları pul siyasətinin əməliyyat hədəflərinin reallaşdırılması məqsədilə dövriyyədə olan pul kütləsinin tənzimlənməsi və banklararası pul bazarında faiz dərəcələrinə təsir etmək məqsədilə Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilir. Sterilizasiya alətlərinə repo əməliyyatları, valyuta alışı/satışı svopu, cəlbetmə üzrə
depozit əməliyyatları, qısamüddətli notların emissiyası daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
7 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)











.jpg)





