Bakı Şəhər İcra Hakimiyyətində müşavirə - "Konkret tədbirlər görməlidir"
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib.
Meriyanın mətbuat xidmətindən verilən məlumata görə, rayon icra hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib.
Tədbirdə çıxış edən BŞİH başçısı Eldar Əzizov bildirib ki, paytaxt qurumları qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidir. Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.
Bildirilib ki, güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın - güclü küləyin, leysan yağışın, zəlzələnin və ya digər təbii fəlakətin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.
Müşavirədə şəhər və rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb.
Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsini nəzərə alaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
17 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 20 d. əvvəl
-
29 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
32 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)





