Əmək Müfəttişliyi Xidmətidən işəgötürənlərə müraciət - 1 SENTYABRDAN...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir.
Xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, sentyabr ayının 1-ə qədər əmək haqqı 250 manatdan aşağı məbləğdə olan işçilərin əməkhaqqı qeyd edilən tarixdən 250 manata çatdırılmalıdır. İş yerlərində əmək haqqının minimum məbləği sentyabrın 1-dən 250 manatdan az ola bilməz.
Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində görməyə imkan verir.
18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, minimum əməkhaqqının məbləğinin artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








