“Araz Supermarket” kassada parça paket satışına başlamasını şərh etdi
Ötən gündən “Araz” supermarketlərində alış-veriş edən müştərilərə kassada 1 manata parça çanta da təklif olunur. İndiyədək polietilen paketlərdən ödənişsiz istifadə edən alıcıların çoxu parça çanta satışı barədə ətraflı məlumat almaq istəyirlər. Hətta bir sıra alıcılar yaxın gələcəkdə “Araz” supermarketlərində müştərilərə sellofan (plastik) torbalar verilməyəcəyini və 1 manat ödəyib parça çanta almaq lazım gələcəyini düşünür.
Məsələ ilə bağlı çoxsaylı suallar olduğundan “Araz Supermarket” şirkətinə müraciət etdik.
“BİZ YERLİ ŞƏBƏKƏ OLARAQ İLK ADDIMI ATDIQ”
Şirkətin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Billurə Əmirova “Marja”ya bildirdi ki, “Araz Supermarket” polietilen paketlərin alıcılara ödənişsiz verilməsini dayandırmır, parça çantaların satışında məqsəd təbiət üçün zərərli olan plastik paketlərdən istifadəni azaltmaqdır:
“BMT- nin “Qlobal məqsədlər” adlanan Dayanıqlı İnkişaf Məqsədləri mövcuddur ki, özündə 17 məqsədi əhatə edir. 2016- cı ildən qüvvəyə minən Dayanıqlı İnkişaf Məqsədləri təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir. Qlobal məqsədlərdən üçü məhz ətraf mühitin mühafizəsi ilə bağlıdır.
Araz Supermarketlər Şəbəkəsi olaraq ətraf mühitin mühafizəsinə həssaslıq nümayiş etdirmək istəyirik. Məlumat üçün bildirik ki, Araz Supermarketlər Şəbəkəsində təndir çörəyi, un məmulatlar kağız paketlərdə təklif olunur.
Bu gün dünyada bu istiqamətdə maraqlı trendlər mövcuddur, ətraf mühitin mühafizəsi ölkəmizdə də kifayət qədər həssas mövzudur.
Biz də yerli şəbəkə olaraq bu istiqamətdə ilk addımı atdıq. “Təbiəti qorumaq mənim əlimdədir” devizi ilə müştərilərimizi polietilen paketlərdən istifadəni azaltmaqla təbiətə töhvə verməyə səsləyirik.
“BU PAKETLƏR BİRDƏFƏLİK DEYİL”
Bəli, müştərilərimiz Araz marketlərə daxil olarkən polietilen paketlərlə yanaşı parçadan hazırlanmış eko paketlərlə qarşılaşacaqlar. Biz dəyərli müştərilərimizə xüsusi dizaynda tərtib edilmiş, nəinki alış-veriş zamanı, hətta gündəlik həyatlarında da istifadə edə biləcəkləri parça paketlər təklif edirik. Onu da deyim ki, eko çantalar uzun müddətli istifadə üçün nəzərdə tutulub. Yəni bu paketlər birdəfəlik deyil. Hətta, dənizkənarına, piknikə, istirahətə gedəndə də bu paketlər əlimizdən tuta bilər".
“Araz Supermarket” gələcəkdə müxtəlif dizaynda və ölçüdə eko paketlər də təklif etməyi nəzərdə tutur.
Qeyd edək ki, eko çantalar ilkin olaraq şəbəkənin 15 filialında satılır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır












.jpg)







.jpg)





