"PAŞA Bank"ın dəstəyi ilə “Rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda seminar keçirilir
® Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankın dəstəyi ilə Bakıda “Dövlət sektorunda rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda beynəlxalq seminar başlayıb.
Tədbir Azərbaycan Respublikası Prezident Aparatı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Skolkovo” Moskva biznes idarəetmə məktəbi və İsveçrənin St.Gallen institutu ilə birgə həyata keçirilir.
Seminarda dövlət qurumlarının nümayəndələri, müstəqil konsultantlar, maliyyə sahəsində beynəlxalq ekspertlər və s. olmaqla təxminən 70 nümayəndə iştirak edir. Tədbirdə müzakirə olunan əsas mövzular “Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması: ümumi baxışdan tətbiq mərhələlərinədək” və “Rəqəmsal strategiyalar”dır.
Bir neçə müxtəlif planlı müzakirə paneli zamanı tədbirin spikerləri və seminar iştirakçıları dövlət xidmətlərinin bütün seqmentlərində ən yeni rəqəmsal həllər və effektiv risk mədəniyyətinin tətbiqi perspektivləri barədə fikir mübadiləsi aparacaq və bu sahədə müasir meyllər və çağırışlar barədə öz fikirlərini bildirəcəklər. Ekspertlər dövlət və özəl sektorun əməkdaşlığının rolunu müzakirə edəcək, aparıcı özəl şirkətlərin rəqəmsal transformasiya təcrübəsinin dövlət idarəçiliyində tətbiqi perspektivləri və bu gün aktual olan digər mövzular üzrə müxtəlif müzakirələr aparacaq.
PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımov tədbir iştirakçılarına müraciətində qeyd edib ki, son illər ölkəmizdə makroiqtisadi sabitliyin, iqtisadi artımın davam etməsi və maliyyə dayanıqlılığının daha da güclənməsi öz əlamətdarlığı ilə seçilib.
“Ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, mürəkkəb xarici risklər və çağırışlar şəraitində yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirib. Məhz belə bir vaxtda Azərbaycan hökumətinin rəqəmsal transformasiya mərhələsinə daxil olması xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal transformasiyaya ilk addım atan biznes qurumu olaraq biz, ilk gündən aydın şəkildə dərk edirdik ki, bizim bu transformasiyanı müştərilərimizdən və əməkdaşlıq etdiyimiz dövlət qurumlarından kənarda həyata keçirməyimiz mümkün deyil. Bu səbəblə bizim Rəqəmsal transformasiya strategiyamızda müştərəklik xüsusi rol oynayır və bu strategiya çərçivəsində PAŞA Bank öz tərəfdaşlarının da bu yolda inkişaf etməsinə dəstək olmaq üçün müvafiq tədbirlər görür” – deyə T.Kazımov fikrini yekunlaşdırdı.
Qeyd edək ki, “Dövlət sektorunda rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda iki gün davam edəcək seminar iyulun 20-si sona çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
1 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
2 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
2 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
3 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar

















.jpg)



