Bakıdan Misirin turizm şəhərinə birbaşa aviareys açıldı
İyulun 18-də Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb.
Bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən tədbirdə Misirin Azərbaycandakı səfiri Adel İbrahim, aeroportun direktoru Teymur Həsənov, Qazaxıstanın “SCAT Airlines” aviaşirkətinin vitse-prezidenti Vladimir Sitnik və digər nümayəndələr iştirak ediblər.
Səfir A.İbrahim Misir turizminin əvvəllər olduğu kimi, son illər ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq beynəlxalq ekspertlərin şahidliyi ilə ölkədə təhlükəsizliyin, sabitliyin olduğunu və hökumət tərəfindən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi təhlükəsizlik qaydalarına riayət edildiyini deyib. O, ölkəsinin turizm bölgələrini ziyarət etmək arzusunda olan, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri qəbul etməyə hazır olduğunu qeyd edib.
A.İbrahim, həmçinin Bakı-Şarm əl-Şeyx birbaşa reysinin Misir və Azərbaycan arasındakı turizm əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyət daşıyacağını bildirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov isə deyib ki, Misirin istirahət zonası olan Şarm əl-Şeyxə birbaşa uçuşlar iyulun 18-dən etibarən həftənin cümə axşamı günləri Qazaxıstanın Azərbaycandan beşinci "hava azadlığı" hüququ qazanan "SCAT Airlines" aviaşirkətinin "Boeing 757" təyyarəsi ilə həyata keçiriləcək.
O, bu reyslə Misirə səfər edəcək azərbaycanlı turistlərin sayının artacağına ümidvar olduğunu deyib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 14 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























