“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!
(®) İsti yay günlərini paytaxtdan kənarda keçirmək istəyənlər “Nar Wi-Fi” ilə yüksəksürətli internetə çıxış əldə edə bilər. İstirahət üçün bağa, başqa mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlərin “Nar Wi-Fi” internet paylayıcısını özləri ilə götürmələri yetərlidir. Qısa müddətdə “Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir.
İstənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə çıxış imkanı verməsi və mobil olması “Nar Wi-Fi” istifadəçilərinin sayının artmasına səbəb olub. Belə ki, son üç ayda “Nar Wi-Fi” istifadəçilərinin sayı 180% artıb. Siz də istənilən məkanda “Nar”-ın yüksəksürətli internetindən yararlanmaq istəyirsizsə, “Nar Wi-Fi” cihazını əldə edə bilərsiz. Ruterin satış məntəqələri haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.
Qeyd edək ki, avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşür. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edir, həm də 6 aya qədər internetə çıxış imkanı qazanır. Qeyd edək ki, “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir. Qeyd edək ki, avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
21 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb











.jpg)




.jpg)









