"Hörmüz boğazını bağlaya bilərik, amma bunu istəmirik"
İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif, ölkəsinin Hörmüz Boğazını bağlaya biləcəyini, ancaq bunu etmək istəmədiklərini deyib. Hörmüz Boğazı Orta Şərqdən neft nəqlində kritik əhəmiyyətə malikdir.
Zərif "Bloomberg Television"a verdiyi müsahibəsində, "Əlbəttə, bunu edəcək qüdrətə malikik, ancaq bunu etmək istəmirik. Bu boğaz qorunmalıdır. Bunu həyata keçirməkdə mühüm rol oynayırıq, ancaq burası hər kəs üçün etibarlı olmalıdır",- deyib.
Dünyada dəniz yolu ilə nəql edilən xam neft və maye yanacağın üçdə biri keçən il Hörmüz boğazından keçib və bu fakt bu yolun nə qədər əhəmiyyətli olduğunu göstərir. May və İyunda, bölgədə altı neft tankeri hücuma məruz qalıb. Bu hücumlara görə İran günahlandırılıb, amma İran məsuliyyəti üzərinə götürməyib.
Zərif, "Bu boğaz təhlükəlidir, çünki çox böyükdür" deyib.
İranın xarici işlər naziri, "Təhlükəni hiss edirik. Amma təhlükəni artırmaqdan qaçmaq istəyirik. Ancaq ölkəmizi müdafiə etməkdən imtina edə bilmərik" deyib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























