Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıblar
Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.
“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin İyun ayında azərbaycanlılar Türkiyədə 67 mənzil alıblar. 2018-ci ilin İyun ayında azərbaycanlılar Türkiyədə 82 mənzil almışdılar.
2019-cu ilin Yanvar-İyun dövründə (ilk 6 ayda) isə azərbaycanlılar Türkiyədə 531 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 414 idi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 10-cu yerdədir. İyun ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar - 429 mənzil. İraqlıların ardınca 415 mənzil ilə İran, 190 mənzil ilə Rusiya vətəndaşları gəlirlər.
Türkiyədə xaricilərə mənzil satışı 30% artıb
Əcnəbilərə mənzil satışları ötən ilin İyun ayı ilə müqayisədə 30,5% artaraq 2 min 689 olmuşdur. Əcnəbilərə mənzil satışlarında birinci yeri 1 009 mənzil satışı ilə İstanbul tutub. Növbəti yerlərdə 668 mənzil satışı ilə Antalya, 134 mənzil satışı ilə Ankara, 123 mənzil satışı ilə Yalova və 122 mənzil satışı ilə Bursa gəlir.
Türkiyədə mənzil satışları İyun ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 48,6 faiz azalıb. Mənzil satışları 2013-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. İpoteka yolu ilə mənzil satışları illik 84.6% azalıb, qeyd etdiyimiz kimi, xaricilərə mənzil satışları 30% artıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)







.jpg)


.jpg)










