Beynəlxalq Bank 20 illik ipoteka kreditinin bərpasına aydınlıq gətirdi
Azərbaycan Beynəlxalq Bankının mənzil krediti layihələri çərçivəsində tikinti şirkətlərindən mənzil almış müştərilərə Bank yeni bir imkan yaradıb.
"Marja" xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankından mənzil krediti götürmüş şəxslər ipoteka predmetini satmaq istədikdə, indi Bank müəyyən edilmiş çərçivədə buna şərait yaradır. Bundan ötrü lazımi sənədlərlə tikinti şirkətinə və Banka müraciət edilməlidir.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı tikinti şirkətləri ilə tərəfdaşlıq çərçivəsində öz vəsaitləri hesabına mənzil kreditlərinin verilməsini hazırda dayandırıb. Amma Azərbaycan Beynəlxalq Bankı “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) ipoteka kreditlərinin verilməsi üzrə müvəkkil bankıdır. AİF xəttilə ipoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimum həcmi 100 min manatdır. Adi ipoteka kreditlərinin müddəti illik 8%-lə 25, güzəştli ipoteka kreditlərinin müddəti isə illik 4%-lə 30 ilə qədərdir.
İpoteka krediti almaq üçün müştərilər https://e-ipoteka.az/ Elektron İpoteka Portalında əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)

