Naxçıvandan bal kimi xəbər
Muxtar respublikada əhalinin özünüməşğulluğunun təmin edilməsində mühüm yer tutan arıçılığın inkişafı üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Təkcə ötən il arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 335 min 600 manat, ümumilikdə, son beş ildə 2 milyon 341 min 600 manat həcmində kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar yaradıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu ilin yanvarın 1-nə olan məlumata görə, muxtar respublikada 70 min 537 arı ailəsi mövcud olub. Bu da 1 yanvar 1996-cı il tarixə olan göstəricidən 8,8 dəfə çoxdur. Ümumi arı ailələrinin 9 min 56-sı Şərur, 9 min 736-sı Babək, 13 min 573-ü Ordubad, 13 min 710-u Culfa, 1607-si Kəngərli, 20 min 195-i Şahbuz, 645-i Sədərək rayonlarının, 2 min 15-i isə Naxçıvan şəhərinin payına düşüb. Naxçıvan Muxtar Respublikası arı ailələrinin say göstəricisinə görə ölkə üzrə ilk yerdə təmsil olunub.
Arı ailələrinin artımı məhsul istehsalına da müsbət təsir edib, ötən il muxtar respublikada 1403 ton bal istehsalı qeydə alınıb. Bal istehsalı bir il öncəyə nisbətdə 0,5 faiz, 1995-ci illə müqayisədə isə 14,6 dəfə çox olub.
İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirilən mühüm tədbirlər arıçılığın inkişafına, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına geniş imkanlar yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)



.jpg)
