Ərəb şirkətindən Azərbaycanda kiçik və orta biznesə 10 milyon dollar investisiya
Birləşmiş Ərəb Əmirliklərinin “Omni World Holdings Limited” şirkəti Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq.
Bununla bağlı iyunun 13-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Omni World Holdings Limited”in nümayəndələri arasında görüş keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş çərçivəsində KOBİA və “Omni World Holdings Limited” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Omni World Holdings Limited”in sədri Erik Alfred Şayer imzalayıblar.
Sənədə əsasən, “Omni World Holdings Limited” ölkəmizdə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq.
“Omni World Holdings Limited” tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə ilkin olaraq 10 milyon ABŞ dolları həcmində investisiyanın yatırılması nəzərdə tutulur.
Ümumiyyətlə, Anlaşma Memorandumuna əsasən, KOBİA və “Omni World Holdings Limited” KOB-ların təşviqi üçün dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq qurumların əlaqələndirilməsi və maliyyə xidmətləri sahəsində əməkdaşlıq, qarşılıqlı faydalı layihələr, ən yaxşı texnologiyalar və biznesin idarə edilməsi sahəsində yeniliklər barədə məlumatlandırma, KOB-lar arasında əməkdaşlığı gücləndirmək üçün seminar, sərgi və digər təşviqat tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov: “Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü islahatları nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. Xarici investorların cəlb edilməsi ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən kiçik və orta biznesin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri kiçik və orta biznəsə dəstək göstərməkdir və bu çərçivədə Agentlik investisiyaların cəlb olunması və təşviqi istiqamətində tədbirlər həyata keçirir. “Omni World Holdings Limited” şirkəti ilə imzalanmış Anlaşma Memorandumu da kiçik və orta biznes sahəsinə investisiyaların cəlb olunmasını nəzərdə tutur”.
“Omni World Holdings Limited” şirkətinin sədri Erik Alfred Şayer: “Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb və ölkəyə böyük həcimdə xarici investisiyalar yatırılıb. Kiçik və orta sahibkarlığın inkişafına Azərbaycanda xüsusi önəm verilir və dövlət tərəfindən bu sahənin inkişafına dəstək göstərilir. “Omni World Holdings Limited” Azərbaycanda KOB sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır və bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 7 d. əvvəl
-
12 d. əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - MÜSBƏT SALDO 2,5 DƏFƏ KİÇİLİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
-
1 saat əvvəl
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Maaşa uyğun kredit – Expressbankda
Ən çox oxunanlar
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
İrşad-da “Yaşıl Günlər” başladı!


















.jpg)

