Bank Respublika ödəniş sisteminə YENİLİK gətirdi!
(®) Azərbaycanın ən iri banklarından biri olan Bank Respublika, 11 iyun tarixində Hilton otelində yeni innovativ məhsulu olan - Mastercard Paypass Sticker-in təqdimat mərasimini keçirdi.
Tədbirdə kiçik və orta sahibkarlığın 150-dən çox nümayəndəsi, eləcə də bankın müştəriləri iştirak etdilər.
Paypass Sticker - MasterCard PayPass kartlarının kompakt analoqu kimi xidmət göstərən innovativ bir məhsuldur. İndi bu stiker vasitəsilə müştərilər bir toxunuşla rahat, asanlıqla və təhlükəsiz bir şəkildə ödəniş edə biləcəklər. Stikeri POS terminal yaxınlaşdlrmaq kifayət edir ki, ödəniş yerinə yetirilsin. Stiker-kartın üstünlüyü ondan ibarətdir ki, onu müştəriyə rahat olan istənilən əşya üzərinə yapışdırmaq olar, məsələn, telefon, çanta və ya cüzdan üzərinə. 50 manata qədər alışlar üçün ödəniş etdikdə PİN-kodu daxil etmək tələb olunmur. Stiker ayrıca və ya mövcud kart hesabına bağlı verilə bilər.
"Məhsullarımızın ən qabaqcıl texnologiyalara uyğun olması bizim üçün çox önəmlidir. MasterCard PayPass bir toxunuşla ödəniş texnologiyası qeyri-nağd ödənişlər dönəminə bir yenilik gətirdi, çünki onun yaranması ilə bank kartının yalnız ödəniş vasitəsi kimi olması faktı ortadan qalxdı. Çox sevindirici haldır ki, Azərbaycan bazarında bu texnlogoyanı ilk dəfə məhz Bank Respublika təqdim etdi. Ümid edirəm ki, müştərilərimiz MasterCard PayPass stikerlərinin rahatlığını yüksək qiymətləndirəcəklər, çünki bu məhsul nağdsız ödənişləri daha rahat və daha sürətli edəcəkdir" - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd etdi.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




