Expressbank uşaqlara Ramazan bayramı sevinci yaşatdı
Korporativ sosial məsuliyyət siyasətində hər zaman fəal olan Expressbank 04 iyun 2019 -cu ildə “Xoşbəxt gələcəyimiz naminə” adlı layihə çərçivəsində daha bir xeyriyyə tədbirini reallaşdırdı.
Ramazan bayramı münasibəti ilə bank əməkdaşları İdarə Heyətinin Sədri İlham Həbibullayev ilə birlikdə Təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın özəl uşaqlarına bol əyləncəli gün təşkil etdilər. 70 - dən çox uşağı qonaq qəbul edən bank əməkdaşları balacalarla birlikdə onlar üçün təşkil edilən şou proqramda əyləndilər. Daha sonra Expressbank əməkdaşları balaca dostlar üçün bu özəl günün xatirəsi olaraq onların hər birinə hədiyyələr payladı.
Expressbank-ın korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində daha bir xeyriyyə tədbiri Mingəçevir şəhərində reallaşdı. Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında sağlamlıq imkanı məhdud və kimsəsiz 22 uşaq üçün əyləncəli saatlar təşkil edilib və hədiyyələr verilib.
Expressbank-ın uzun illərdir fəaliyyət göstərən “Xoşbəxt gələcəyimiz naminə” adlı layihəsinin məqsədi ölkənin gələcəyi olan uşaqların, gənclərin maarifləndirilməsinə, daha faydalı vətəndaş kimi yetişməsinə və hərtərəfli inkişafına dəstək olmaqdır.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Tədbirdən hazırlanan videonu təqdim edirik. https://www.youtube.com/watch?v=xOe99ZQooPI
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)
