Transxəzər magistralı layihəsi xarici medianın diqqətində
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital HUB” proqramı və proqram çərçivəsində həyata keçirilən Transxəzər magistralı layihəsi xarici mətbuatın diqqətindədir.
Transxəzər magistralı layihəsi ilə bağlı Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası sazişin imzalanması və hər iki dövlət tərəfindən təsdiqlənməsi barədə xəbər Çinin Hong Kong şəhərində fəalliyyət göstərən və bu ölkənin qlobal “Bir Kəmər Bir Yol Təşəbbüsü” layihəsi barədə xəbər, təhlil, müxtəlif baxış bucaqlarının təqdim olunduğu “Belt and Road News” portalında verilib.
Məlumatda Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabelin çəkilməsini nəzərdə tutan dövlətlərarası sazişin Qazaxıstan hökuməti, daha öncə isə Azərbaycan Respublikası tərəfindən təsdiq edildiyi, layihənin Azərbaycan tərəfdən ölkənin ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsi olan "AzerTelecom" şirkəti, Qazaxıstan tərəfdən isə telekommunikasiya operatorları olan "Transtelecom" və "KazTransCom" şirkətləri tərəfindən icra edildiyi qeyd olunur. Bildirilir ki, layihənin məqsədi Azərbaycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması, Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir. Layihənin Çinin təşəbbüskarı olduğu "Belt and Road Initiative" (BRI) layihəsinə də öz töhfəsini verəcəyi və Azərbaycanı "Belt and Road Initiative" (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevriləcəyi qeyd olunur.
“Digital HUB” proqramına hazırda Asiya regionunun böyük dövlətləri tərəfindən mühüm maraq vardır. Bu yaxınlarda Çinin paytaxtı Pekin şəhərində keçirilmiş “Bir Kəmər Bir Yol” 2-ci Beynəlxalq Forumu çərçivəsində “AzerTelecom” və Çinin telekommunikasiya nəhəngi “China Telecom” arasında bağlanmış Əməkdaşlıq barədə Memorandum da Çin şirkətlərinin bu layihəyə marağını göstərir.
Qeyd edək ki, “Digital HUB” proqramı özündə Azərbaycanın Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevrilməsi, ölkədə milli rəqəmsal ekosistemin, innovasiya mühitinin inkişafını nəzərdə tutur. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)

