“Ekol” zərərdən mənfəətə keçib
“Ekol Mühəndis Xidmətləri” QSC 2018-ci ili 2 milyon 11 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, QSC 2017-ci ili 1 milyon 151 min manat zərər ilə bağlamışdı.
“Marja” QSC-nin illik maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Ekol Mühəndis Xidmətləri”nin əsas əməliyyat gəlirləri 17 milyon 32 min manat, əsas əməliyyat xərcləri isə 16 milyon 94 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən 938 min manat əməliyyat mənfəəti formalaşıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə şirkətin əsas əməliyyat gəlirləri 11 milyon 467 min manat, əsas əməliyyat xərcləri 14 milyon 162 min manat təşkil etmişdi. Həmin il xərclər gəlirləri üstələdiyindən şirkətin 2 milyon 695 min manat əməliyyat zərəri formalaşmışdı. “Birgə müəssisənin maliyyə nəticələrində pay” maddəsi üzrə əldə edilmiş 1 milyon 586 min manat gəlir hesabına zərər 1 milyon 151 min manata düşmüşdü.
Ötən il “Ekol Mühəndis Xidmətləri” “birgə müəssisənin maliyyə nəticələrində pay” maddəsi üzrə 1 milyon 408 min manat gəlir əldə edilib. Nəticədə 2 milyon 287 min manat vergidən əvvəlki mənfəət formalaşıb. 276 min manat mənfəət vergisi ödənildikdən sonra 2 milyon 11 min manat xalis mənfəəti qalıb.
"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor "Lancer Services S.A." Şirkətinin (49%) pay iştirakı ilə bağlanmış 01.03.2006-cı il tarixli müqavilə əsasında təsis edilmiş, 17.04.2006-cı il tarixdə Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.
Müəssisənin fəaliyyətinin əsas məqsədi Respublika hüdudlarından kənarda və Respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-notrmativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.
“EKOL MÜHƏNDİSLİK XİDMƏTLƏRİ” QSC-nin 2018-ci il dekabrın 31-nə maliyyə hesabatı
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
-
20 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır






.jpg)





.jpg)








.jpg)




