“AVRO-2020”nin bilet qiymətləri açıqlandı
12 iyun-12 iyul 2020-ci ildə Avropanın 12 şəhərində - Amsterdam, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma, Sankt-Peterburq və Bakıda keçiriləcək Futbol üzrə Avropa Çempionatının (UEFA EURO 2020) biletlərinin qiymətləri açıqlanıb.
Bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.
Satışa çıxarılan biletlərin 2,5 milyonu – 82 faizi birbaşa olaraq futbol azarkeşlərinə satılacaq.
Biletlərin ilk partiyası 12 iyun- 12 iyul (2019) tarixlərində EURO2020.com saytında onlayn satışa çıxarılacaq. Söhbət 1,5 milyona yaxın “neytral” biletdən gedir. İkinci mərhələdə satışa çıxarılacaq bir milyon bilet isə 30 noyabr püşatmasından sonra müstəsna olaraq iştirakçı komandaların azarkeşlərinə satılacaq.
Qalan biletlər isə UEFA “AVRO-2020”nin pley-off mərhələsinə vəsiqə qazanmış yığmaların azarkeşləri üçün saxlanılacaq və yalnız 26 mart-31 mart (2020) tarixlərində əldə etmək mümkün olacaq.
Birinci mərhələdə 51 matç üçün nəzərdə tutulan biletlər 100 avrodan ucuz satılacaq. Bakı, Buxarest və Budapeştdə keçirilən qrup mərhələsi, 1/16 və 1/4 (Bakıda) final mərhələlərinə biletlər kateqoriyalardan asılı olaraq, 30, 75 və 125 avroya satılacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Turnirin yarımfinal mərhələsinə biletlərin qiyməti isə 195, 345 və 595 avro arası dəyişəcək. Final matçının qiymətləri isə 295, 595 və 945 avro təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























