“Bakcell”in PULSUZ 4G İnternet kampaniyası oktyabr ayına kimi davam edəcək
(®) 320 mindən artıq abunəçi “Mənim Bakcellim” mobil tətbiqindən yararlanır
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti PULSUZ 1 GB kampaniyasını oktyabr ayına qədər uzadıb. Bu ilin mart ayında elan edilmiş kampaniyanın şərtlərinə əsasən, “Mənim Bakcellim” mobil tətbiqetməsini yükləyib öz nömrəsi ilə qeydiyyatdan keçən hər bir Bakcell abunəçisi 1 Gb PULSUZ İnternet trafiki əldə edir.
Mobil tətbiqetmə “Google Play” və yaxud “Appstore”dan yüklənilib pulsuz istifadə oluna bilər. Qeyd edək ki, hədiyyə yalnız “Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq. Kampaniyada iştirak edib PULSUZ internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartı ilə təmin olunmalıdır.
Kampaniyanın müddətinin uzadılması Android və iOS platformalarında istifadə üçün nəzərdə tutulmuş “Mənim Bakcellim” rəqəmsal internet portalı və tətbiqetməsinin uğurları ilə bağlıdır. Belə ki, 2018-ci ilin fevral ayında istifadəyə verilmiş “Mənim Bakcellim” tətbiqetməsini cəmi bir il ərzində 320 mindən çox Bakcell abunəçisi yükləyib və bu rəqəmsal kanal üzərindən uğurla həyata keçirilmiş aylıq əməliyyatların sayı 30 minə çatıb. Tətbiqetmə abunəçilər arasında böyük rəğbət qazanıb, onun “Google Play” və “Appstore”da reytinqləri isə çox yüksəkdir.
“Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək imkanı verir. “Mənim Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri təqdim edir. Qeyd edək ki həftənin 7 günü, günün 24 saatı ərzində fəaliyyət göstərən və 20 saniyəlik ilk cavab vaxtını təmin edən onlayn çat funksiyası üzərindən hər ay 7000 nəfərdən çox müştəri sorğusu emal olunur.
“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün aşağıdakı linklərdən yükləmək olar:
http://bit.ly/MenimBakcellim_android
http://bit.ly/MenimBakcellim_IOS
Bakcell özünün rəqəmsal müştəri xidməti kanalını daha da inkişaf etdirəcək və müştəriləri daha üstün istifadə təcrübəsi və daha geniş təhlükəsizlik imkanları ilə təmin etmək məqsədilə yaxın gələcəkdə “Mənim Bakcellim” applikasiyasına yeni maraqlı və faydalı funksiyalar əlavə edəcək.
Müştərilərin xəbərləri
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 42 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib







.jpg)












.jpg)
