Şəhərdə böyüyüb, müəllimlik edib - İndi Lənkəranda sitrus meyvələri yetişdirir
Otuz iki il müəllimlik edən Lənkəran sakini Rəftarə Şükürova 2009-cu ildən ömrünü torpağa, kənd təsərrüfatına bağlayıb. 10 ildir ki, o, rayonun İstisu qəsəbəsində yaratdığı “Sitrus vadisi” fermer təsərrüfatında müxtəlif meyvələr, o cümlədən sitrus meyvələri yetişdirir.
15 hektar torpaq sahəsi olan fermer təsərrüfatında 6 hektarda feyxoa, 3,5 hektarda kivi, 1 hektarda portağal və limon, 0,5 hektarda alma, gilas, ərik, alça, gavalı bağları salıb, 3 hektarda taxıl əkib. Fermer təsərrüfatında, həmçinin 1 hektara yaxın sahədə tərəvəz və bostan bitkiləri əkilib.
Ötən il təsərrüfatda 40 tona yaxın feyxoa və 13 tona yaxın kivi meyvəsi istehsal olunub.
Şəhərdə böyüyüb boya-başa çatan, uzun müddət müəllimlik kimi şərəfli peşədə çalışan bir qadının ağır zəhmət tələb edən sahədə - kənd təsərrüfatında işləməsinin səbəbini Rəftarə Şükürova belə izah edib:
“2007-ci ildə kürəkənim Elçin Rəşidov Lənkəran rayonunun İstisu qəsəbəsində fərdi təsərrüfat yaratdı. O, Bakıda yaşadığına görə sonralar təsərrüfatı idarə etməyi mənə həvalə etdi. Qayınatam Kazım Kazımov uzun müddət Lənkəran Rayon Aqrar-Sənaye Birliyinin sədri vəzifəsində işlədiyindən kənd təsərrüfatı ailəmizin ayrılmaz hissəsi olub. Aqrar sahəyə marağım məhz ailəmizdən başlanıb. İlk günlər bir sıra çətinliklərlə üzləşsəm də, sonradan buna alışdım. Çəkdiyim zəhmətin bəhrəsini görəndə düzgün qərar verdiyimi anladım”.
Rəftarə Şükürovanın rəhbərlik etdiyi fermer təsərrüfatı Lənkəran rayonunun qabaqcıl təsərrüfatlarından biridir. Təsərrüfatın feyxoa və kivi bağları damcı üsulu ilə suvarılır. Bu iş xeyli miqdarda vəsait tələb etsə də, yüksəl məhsuldarlığın əsasını təşkil edir.
Təsərrüfatda əkilən bitkilər əsasən çoxillik əkmələrdir. Onların məhsuldarlığı artdıqca, təsərrüfatın gəliri də artacaq.
Fermer təsərrüfatında günəmuzd 5-6 işçi çalışır. Məhsul yığımı dövründə isə onların sayı 40 nəfərə çatır.
Təsərrüfatda yetişdirilən məhsullar əsasən yerli bazarlarda, o cümlədən Bakı şəhərində “Kənddən şəhərə” layihəsi çərçivəsində mağazalarda satışa çıxarılır. Bu il Novruz bayramı ərəfəsində Bakıda təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında “Sitrus vadisi” fermer təsərrüfatının məhsulları da satılıb.
Fermer təsərrüfatının gələcək fəaliyyətindən danışan R.Şükürova arzularını da bildirib: “Yetişdirdiyimiz məhsulların emalı qarşıda duran ən başlıca vəzifələrdəndir. Təsərrüfatımızda kompot, cem, mürəbbə istehsalı, meyvələrin qurudulması ilə bağlı kiçik emal müəssisələrin yaradılmasına böyük ehtiyac var. İnanıram ki, bu sahədə dövlət dəstəyindən yararlana bilcəyik. “ABAD”la əməkdaşlıq etmək, istehsal etdiyimiz məhsulların biq qismini “ABAD” vasitəsilə satışa çıxarmaq, “Made in Azərbaycan” brendi ilə xarici ölkələrə ixrac etmək niyyətindəyik. Əsas məqsədimiz təsərrüfatımızda şitilçilikdən başlayaraq freş və emal olunmuş fərqli məhsullar, aqroturizm xidməti olan müasir, dinamik inkişaf edən təsərrüfat yaratmaqdır”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
4 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
6 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)

.jpg)


