Moody’s Beynəlxalq Bankın reytinqlərini iki pillə yüksəltdi
Moody’s Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb və reytinqləri iki pillə yüksəldib.
Belə ki, bankın Uzunmüddətli depozit reytinqi Pozitiv proqnozla B3 səviyyəsindən B1 səviyyəsinə qədər artırılıb, Kredit ödəmə qabiliyyəti reytinqləri (Baseline Credit Assessment, Adjusted Baseline Credit Assessment) caa2 səviyyəsindən b3 səviyyəsinə, Bankın Uzunmüddətli Qarşı Tərəfin Risk Qiymətləndirilməsi reytinqləri (Long-term Counterparty Risk Assessment, Long-term Counterparty Risk Rating) isə B2 səviyyəsindən Ba3 səviyyəsinə yüksəldilib.
Agentlik ekspertlərinin rəyində qeyd edilib ki, reytinqlərin bu yüksəlişi bankın aktivlərinin keyfiyyətinin artırılmasının, kapital mövqeyinin gücləndirilməsinin, gəlirliliyinin təmin olunmasının, xərclərin optimallaşdırılmasının müsbət təsirləridir. Bu istiqamətdə atılan məqsədyönlü addımlar
nəticəsində Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə 426 milyon manat xalis mənfəət (295 mln.
manat əməliyyat mənfəəti) əldə edib. Kapitalın adekvatlığı əmsalı artıb, Aktivlərin gəlirliliyi əmsalı
(ROAA) 3.5%-ə yüksəlib.
Moody’s ekspertlərinin fikrincə, ölkəmizdə əldə edilən makroiqtisadi sabitliyin, yerli banklar üçün yaranmış əlverişli əməliyyat mühitinin də Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksəlməsində rolu böyükdür.
Agentlik hesab edir ki, bankın mövcud balans strukturuna əsasən, növbəti 12 - 18 ay ərzində də
dayanıqlı gəlirlilik təmin olunacaqdır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Moody’s Beynəlxalq Reytinq Agentliyinin yeni qərarı bu gün Azərbaycan Beynəlxalq Bankında gedən davamlı inkişaf proseslərini əks etdirir. Bankda özünü göstərən müsbət tendensiyalar beynəlxalq reytinq agentlikləri tərəfindən də diqqətlə izlənilir və qiymətləndirilir. Bankın maliyyə dayanıqlılığının artırılması strateji layihələrimizin icrasına geniş imkanlar yaradır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
40 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
48 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Ən çox oxunanlar
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb






.jpg)
.jpg)















.jpg)

