Bank Respublika Quzanlı qəsəbəsində sosial aksiya keçirib
® Ötən il çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində növbəti sosial layihəni Ağdam rayonunun Quzanlı qəsəbəsində həyata keçirib.
Belə ki, bu dəfə Beynəlxalq Gənclər Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri Məhbubə Musayeva v ə Müyəssər Texnologiyalar və Ətraf Mühit üzrə Qlobal Alyansın Azərbaycan üzrə nümayəndəsi İlkin Əliyevin təşəbbüsü və təşkilatçılığı, Ağdam rayon İcra Hakimiyyətinin iştirakı və “Bank Respublika”nın dəstəyi ilə Ağdam şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı ağacəkmə aksiyası keçirilib.
Aksiya iştirakçıları öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra, layihənin təşkilatçıları və iştirakçılar tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş Ağdam şəhidinin xatirəsinə 538 ağaç əkilib.
Bankdan verilən məlumata əsasən, Bank il ərzində sadəcə biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








