Kapital Bank hədiyyə kartlarını təqdim edir
® Kapital Bank müştərilər üçün yeni “Kapital Gift” adlı hədiyyə kartlarını təqdim edir.
Adsız olan yeni kartları əldə edən müştərilər onu hədiyyə qismində yaxınlarına verə bilərlər. Kartlar vasitəsilə Kapital Bank-ın POS terminallarında əməliyyat etmək və ya Kapital Bank bankomatlarından vəsait nağdlaşdırmaq mümkündür.
İstifadə müddəti 1 il olan kartlar 50 AZN və 100 AZN dəyərində olmaqla, müvafiq olaraq 51 manat və 102 manat məbləğə təklif olunur. Bu kartları Kapital Bank-ın Mərkəz, Yasamal, Səbail və Gənclik Mall filiallarında əldə etmək olar. Yaxın gələcəkdə bu kartlar bankın digər filiallarında da, əlavə olaraq 200 AZN və 500 AZN nominalında olanlarla birgə müştərilərə təklif olunacaq.
Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 700-dək bankomatı, 10 000-dək POS terminalı vardır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
- 4 d. əvvəl
-
-
12 d. əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
19 d. əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
22 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
41 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 45 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
-
1 saat əvvəl
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
Ən çox oxunanlar
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub











.webp)













