"Bizi Azərbaycanda satışın azalması təəccübləndirmir"
"KamAZ" şirkəti üçün Azərbaycan çox vacib və ciddi bazardır.
Bunu açıqlamasında şirkətin baş direktoru Sergey Koqogin deyib.
Onun sözlərinə görə, Azərbaycan da iqtisadi böhranın təsirinə məruz qalıb: "Bizi Azərbaycanda satış həcmlərinin azalması təəccübləndirmir. Amma bizim burada stabil tərəfdaşımız var. O, Azərbaycanda təkcə "KamAZ" avtomobillərinin köhnə modellərinin satışını həyata keçirmir, həm də yeni modelləri əldə edir. Azərbaycan stabil siyasi sistemi olan ölkədir. Biz əminik ki, ölkənin gələcək inkişaf üçün kifayət qədər potensialı, resursları və ehtiyatları var. Bu, bizim üçün çox vacib və ciddi bazardır".
Qeyd edək ki, Bakıda “KAMAZ” ASC-nin rəsmi dillerlərinin XXI illik konfransı keçirilib.
Tədbirdə “KAMAZ”ın top-menecerləri öz məruzələri ilə dilerlərin qarşısında çıxış ediblər, dəyirmi masalar çərçivəsində avtomobillərin satışı ilə bağlı maliyyə xidmətləri və s. məsələləri müzakirə edilib.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də Tatarıstan prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində “KAMAZ” avtomobillərinin “Gəncə avtomobil zavodun”da istehsal edilən yığma xəttinin açılış mərasimi olub.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























