Qeyri-neft sektoru üzrə ixrac 12% artıb - İXRAC İCMALI AÇIQLANDI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin fevral sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının ixracı 1,3 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 138 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 15 milyon ABŞ dolları və ya 12 faiz artıb.
Cari ilin yanvar ayı ərzində Rusiyaya 46,3 milyon, Türkiyəyə 25,2 milyon, Gürcüstana 13,6 milyon, İsveçrəyə 9,8 milyon və İrana 6,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayı ərzində Rusiyaya qeyri-neft ixracı 26%, Türkiyəyə 9%, Gürcüstana 20%, İrana 4,1 dəfə artıb.
2019-cu ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (12,6 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (12 milyon ABŞ dolları) ikinci yerdə qərarlaşıb. Mahlıc isə (11,9 milyon ABŞ dolları) bu siyahıda üçüncü olub.
Ümumilikdə isə 2019-cu ilin yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 43,4 milyon, pambıq lifi ixracı 11,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 11,7 milyon, elektrik enerjisinin ixracı 11,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 6,9 milyon, kimya sənayesi məhsullarının ixracı 6,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,7 milyon, pambıq ipliyi ixracı 859 min ABŞ dolları təşkil edib.
Cari ilin yanvar ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,5 dəfə, elektrik enerjisinin ixracı 4,3 dəfə, kimya sənayesi məhsullarının ixracı 86 faiz, pambıq lifinin ixracı 80 faiz, meyvə-tərəvəzin ixracı 24 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 14 faiz artıb.
“İxrac İcmalı”nın fevral sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də verilib. 2019-cu ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "TST Export" MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, “Garden Store" MMC, "Vorld Trade" MMC, "Baku Steel Company" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, “Azhazelnut” MMC, “Sun Food” MMC təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət fərqlənib. Bunlar ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azəripək" MMC, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC -dir.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2019-cu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 1,1 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. 2018-ci ilin yanvar ayı ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,6 dəfə artıb.
“Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Nigeriya, Almaniya və Gürcüstandır.
“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 88,3 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda 2019-cu ilin yanvar ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar ayı ərzində Azexport.az portalına 91,7 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 12,5 faiz artıb.
Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 yanvar tarixinə kimi Azexport.az portalına dünyanın 118 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri isə 1 080,8 milyon ABŞ dolları təşkil edib.
Cari ilin yanvar ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (19,8%), Rusiya(16,3%), ABŞ (10,5%), Hindistan (4,7%) və Ukrayna (4,7%) qərarlaşıb.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, 2019-cu ilin yanvar ayında ən çox ixrac sifarişi soğan, fındıq ləpəsi, pomidor, alma, pambıq yağı, toyuq yumurtası, meyvə şirəsi, tütün, tikinti materialları, şərab, konservləşdirilmiş ət, qənnadı məhsulları, mühərrik yağı, mebel dəsti, nar şirəsi, kosmetik vasitə və s. mallara daxil olub.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, cari ilin fevral ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 5,6 milyon ABŞ dolları təşkil edib.
Qeyd edilənlərlə yanaşı İxrac İcmalı”nda “Amazonla Qazan” təlimi, Azərbaycan məhsullarının “Prodexpo 2019”-da medala layiq görülməsi, Azərbaycan şirkətlərinin “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak etməsi və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
3 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
3 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
5 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"






.jpg)







.jpg)






