Subsidiya verilir - QƏRAR QƏBUL EDİLDİ, 24 MİLYON ÖDƏNİLƏCƏK
Azərbaycanlı fermerlərə 24 milyon manatdan çox subsidiya ödəniləcək
Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclası keçirilib.
Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, iclasda kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi məsələləri müzakirə olunub.
Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli, “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli və “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” 2017-ci il 4 aprel tarixli 1314 nömrəli sərəncamları pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub. Hazırda istehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat və şəkər çuğundurunun hər 1 (bir) tonuna görə 4 manat məbləğində subsidiya verilir.
Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 15627 istehsalçıya təhvil verdikləri 230,4 min ton xam pambığa görə 23038,9 min manat, 12 rayon (şəhər) üzrə 531 istehsalçıya təhvil verdikləri 2,7 min ton quru və 22,5 min ton yaş tütünə görə 247,4 min manat və 25 rayon (şəhər) üzrə 1936 istehsalçıya təhvil verdikləri 276,6 min ton şəkər çuğunduruna görə 1106,6 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.
Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və Nazirliyin aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə subsidiya veriləcək pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının siyahısı, onların əkin sahələri, təhvil verilmiş pambıq, tütün və şəkər çuğundurunun miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
- 32 d. əvvəl
-
36 d. əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
15 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır






.jpg)









.jpg)






