Azərbaycanın bu şirkətləri Təl-Əvivdə sərgidə iştirak edir
Təl-Əviv şəhərində təşkil olunan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti təmsil edir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan Hava Yolları, Bakı Turizm İnformasiya Mərkəzi, “Silk Way Travel”, “Improtex Travel”, “Paşa Travel”, “Falcon Luxury Travel”, “Geo Travel”, “Khazar Travel”, “Millenium Travel”, “Absheron Hotel Group”, “Pullman”, “Fairmont” kimi turizm şirkətləri və otellərin qatıldığı sərgidə ümumilikdə 16 təşkilat iştirak edir.
Artıq 25 ildir ki, təşkil olunan sərgidə 86 kvadratmetrlik sahədə ölkəmizin turizm imkanları tanıdılır, İsrail və region ölkələri ilə tərəfdaşlıq əlaqələri müzakirə olunur.
Sərginin ilk günündə Ermənistan stendində işğal altında olan torpaqlarımızın turizm potensialı ilə bağlı təbliğat vasitələrinin paylanmasına etiraz olaraq təşkilatçılara müraciət olunub. Təşkilatçıların qəti tələbi ilə stenddən Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim edən təxribat mahiyyətli materiallar yığışdırılıb və Ermənistana xəbərdarlıq olunub.
Məlumat üçün bildirək ki, son illər Azərbaycana maraq göstərən ölkələr arasında İsrail xüsusilə seçilir. Belə ki, 2017-ci illə müqayisədə ötən il İsraildən Azərbaycana gələn səyahətçilərin sayında 161 faiz artım (40 min səyahətçi) olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)



