""Azərişığ"ın tələbinə əməl etmək 40 min xərc deməkdir" - SAHBKARLAR İRADLAR SƏSLƏNDİRİB
“Bir qədər əvvəl 250 KVA-lıq transformatorumuzu 630 KVA-lıq transformatorla əvəz etmişik. Qaydalara əsasən, texniki şərt almaq üçün “ASAN Xidmət”ə müraciət etməliyik və onlar da 30 gün müddətində heç bir ödəniş tələb etmədən həmin sənədi verməlidirlər. Amma texniki şərtdə yazır ki, işıq idarəsi üçün 40 ədəd 750 manatlıq işıq dirəyi, 500 metr yüksək gərginlikli kabel alınmalıdır. Bu da 3 fazalı yüksək gərginlik üçün 1 500 metr kabel deməkdir".
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə keçirdiyi “Biznes islahatları” mövzusunda seminarda özək klinikalardan birinin rəhbəri Elxan Yaqubov deyib.
Onun sözlərinə görə, sözügedən tələbə əməl etmək təxminən 40 min manat xərc çəkmək deməkdir, baxmayaraq, texniki şərt pulsuzdur.
“Azərişıq” ASC elektrik enerjisini “Azərenerji” ASC-dən topdansatış qiyməti ilə alır və üzərinə müəyyən məbləğ əlavə edərək pərakəndə satış qiyməti ilə abunəçilərə təklif edir. Bu zaman bütün xərclər - kabel çəkilişi, transformatorların alınması, işçilərin haqqı nəzərə alınır. Mən dediyim 250 KVA-lıq mövcud transformatorun yanından 6 000 voltluq xətt keçir. Yəni heç bir əlavə xətt çəkməyə, dəyişikliyə ehtiyac yoxdur. Amma deyilən avadanlıqları almalıyıq. Şikayət etmək də olmur. Çünki ilk baxışdan texniki şərt üçün ödəniş tələb olunmur, amma ondan çox əlavə xərclər tələb olunur. Özü də hər ay 5-6 min manatlıq elektrik enerjisi istifadə edirik”, - deyə o, qeyd edib.
Sahibkar onu da bildirib ki, “Azərişığ”ın güc transformatoru olmadığı üçün onlar öz transformatorlarını quraşdırırlar: “Bu transformatora aylıq əlavə olaraq xərc-itki hesablanır. Hansı ki, bu itkini kiçik alıcılar ödəmirlər. “Azərişıq” öz transformatoru ilə onlara xidmət göstərir və itki pərakəndə satış qiymətinin içərisindədir. Amma biz özümüz transformator qoyuruq və hər ay da 630 kilovata görə müəyyən məbləğdə itki faizi verməli oluruq”.
“Azərişığ”ın Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli isə sahibkarın iradlarına cavabında bildirib ki, bu məsələ Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli qərarı ilə tənzimlənir: "Siz qeyd edirsiniz ki, 250 KVA-lıq transformatorunuzu 630 KVA-ya dəyişmək istəyirsiniz. 250 KVA bəlli bir yükdür. Amma siz bu yükü 2,5 dəfə artırırsınızsa istər-istəməz həmin xəttin üstündə olan digər abunəçiləri nəzərə almaqla sizin tərəfinizdən bu xərclər qarşılanmalıdır. 630 KVA transformator bəlli bir avadanlıqdır və onların da öz sərfiyyatı var. Yəni "texniki itki ilə bağlı “Azərişığ”a hansısa ödəniş edilir" deyə bir anlayış yoxdur”.
“Azərişıq” rəsmisi onu da deyib ki, müəyyən edilən tariflərdə şəbəkənin saxlanılması üçün xərclər nəzərdə tutulmayıb: “Həmin marjada sizin dediyiniz məqamlar yoxdur. Nazirlər Kabinetinin qərarında konkret olaraq deyilir ki, bəlli bir güc verildikdə abunəçiyə qarşı tələb qoyulmalıdır. Həm də sizə xidmət edəcək xətt dayanıqlı və normal olmalıdır”.
ASK-nınn vitse-prezidenti Vüqar Zeynalov isə bildirib ki, sahibkar E.Yaqubov mövcud elektrik enerjisi tariflərindən narazıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat sonra
-
7 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi





















