“Embafinans”da yüksək artımlar - QAZANCI 4 DƏFƏYƏ YAXIN ARTIB
Bank olmayan kredit təşkilatı “Embafinans” MMC 2018-ci ildə də böyüməkdə davam edərək bazardakı mövqeyini möhkəmləndirib. Kredit təşkilatının aktivləri, kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb.
GƏLİRLƏR
“Marja” təşkilatın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə “Embafinans”ın cəmi gəlirləri 1 milyon 835 min manat və ya 36,2% artaraq 6 milyon 898 min manat təşkil edib. MMC 2017-ci ildə 5 milyon 63 min manat cəmi gəlir əldə etmişdi.
İllik müqayisədə “Embafinans”ın faiz gəlirləri 32% artaraq 5 milyon 526 min manat, haqq və komissiya 58% artaraq 1 milyon 372 min manat təşkil edib. 2017-ci ildə MMC-nin faiz gəlirləri 4 milyon 196 min manat, haqq və komissiya gəlirləri isə 867 min manat təşkil etmişdi.
QAZANCI 4 DƏFƏYƏ YAXIN ARTIB
2017-ci illə müqayisədə 2018-ci ildə "Embafinans" MMC-nin xalis mənfəəti 3,7 dəfə artaraq 1 milyon 834 min manat təşkil edib. Bank olmayan kredit təşkilatı 2017-ci ildə 496 min manat xalis mənfəət əldə etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
“Embafinans”ın aktivlərində də artım müşahidə edilir. Kredit portfelinin 47% artması nəticəsində cəmi aktivlər 34% artaraq 2017-ci ilin sonundakı 22 milyon 846 min manatdan 2018-ci ilin sonunda 30 milyon 515 min manata yüksəlib. Təşkilatın kredit portfeli isə 31 Dekabr 2018-ci il tarixində 23 milyon 950 min manata çatıb. 2017-ci ilin sonunda təşkilatın kredit portfeli 16 milyon 292 min manat təşkil etmişdi.
İllik müqayisədə “Embafinans”ın məcmu kapitalı 10% artaraq 15 milyon 86 min manata yüksəlib.
MALİYYƏ NƏTİCƏLƏRİ: | 2018 | 2017 | Artım |
Faiz gəlirləri | 5 525 723 | 4 195 849 | 132% |
Faiz xərcləri | - 1 225 474 | -1 162 533 | 105% |
Xalis faiz gəliri | 4 300 250 | 3 033 317 | 142% |
Haqq və komissiya gəlirləri | 1 372 356 | 866 969 | 158% |
Haqq və komissiya xərcləri | - 361 968 | - 290 012 | 125% |
Xalis əməliyyat gəliri | 5 310 638 | 3 610 274 | 147% |
İnzibati və digər əməliyyat xərcləri | - 3 018 525 | - 2 989 841 | 101% |
Vergidən əvvəlki mənfəət | 2 292 113 | 620 433 | |
Mənfəət vergisi xərci | - 458 423 | - 124 087 | |
Xalis mənfəət | 1 833 691 | 496 347 | 369% |
BALANS GÖSTƏRİCİLƏRİ: | 31.12.2018 | 31.12.2017 | |
Aktivlər | 30 514 767 | 22 846 012 | 134% |
Kredit portfeli | 23 950 545 | 16 292 775 | 147% |
Məcmu kapital | 15 086 126 | 13 725 768 | 110% |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
14 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
34 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 42 d. əvvəl
-
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
2 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az

























