“Bank of Baku”nun maliyyə vəziyyəti açıqlandı
“Bank of Baku” ASC 2018-ci ili 3 milyon 473 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ildə ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan xüsusi ehtiyatlara 41 milyon 517 min manat ayırdığından həmin ili 35 milyon 428 min manat zərər ilə başa vurmuşdu.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “Bank of Baku”nun cəmi gəlirləri 44 milyon 655 min manat, o cümlədən faiz gəlirləri 41 milyon 322 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 333 min manat təşkil edib.
Ötən il “Bank of Baku”nun cəmi xərcləri 71 milyon 462 min manat, o cümlədən faiz xərcləri 14 milyon 432 min manat, qeyri-faiz xərcləri isə 57 milyon 30 min manat təşkil edib. Bankın xərcləri gəlirlərini üstələdiyindən 26 milyon 807 min manat əməliyyat zərəri yaranıb. Lakin mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatların 30 milyon 280 min manatı azad olduğundan əməliyyat zərəri bağlanıb və Bank əlavə 3 milyon 473 min manat xalis mənfəət də əldə edib.
2017-ci illə müqayisədə 2018-ci ildə "Bank of Baku"nun qeyri-faiz gəlirləri 2,3 dəfə artıb.
2017-ci ildə "Bank of Baku"nun cəmi gəlirləri 57 milyon 380 min manat, o cümlədən faiz gəlirləri 55 milyon 912 min manat, qeyri-faiz gəlirləri 1 milyon 468 min manat təşkil etmişdi. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 6 milyon 89 min manat əməliyyat mənfəəti qalmışdı. Mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 41 milyon 517 min manat ayırdığından "Bank of Baku" 2017-ci ili 35 milyon 428 min manat zərər ilə bağlamışdı.
“Bank of Baku”da mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatların bir hissəsinin azad olması Bankın gecikmədə olan kreditlərinin azaldığına işarədir.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
"Bank of Baku"nun müştərilərə verdiyi kreditlər yenidən artmağa başalyıb. Belə ki, müştərilərə verilmiş kreditlər 2017-cı ilin sonundakı 197 milyon 694 min manatdan 2018-ci ilin sonunda 200 milyon 404 min manata çatıb.
KAPİTALI ARTIB
31 Dekabr 2018-ci il tarixində “Bank of Baku” 300 milyon 72 min manat cəmi aktivlərə, 260 milyon 126 min manat cəmi öhdəliklərə və 39 milyon 945 min manat cəmi balans kapitalına malik olub.
“Bank of Baku” 31 Dekabr 2017-ci il tarixində 399 milyon 860 min manat cəmi aktivlərə, 363 milyon 272 min manat cəmi öhdəliklərə və 36 milyon 587 min manat cəmi balans kapitalına malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
49 d. əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
2 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı


























