"İntel" investorlarını məyus edib
Dünyanın aparıcı çip istehsalçılarından "İntel", maliyyə ilini dördüncü rübündən "Wall Street"in gəlir gözləntilərini qarşılaya bilməyib.
"Marja" xəbər verir ki, dördüncü rübdə "İntel"in xalis mənfəəti 5,2 milyard dollar, bir səhmə isə 1,12 dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkət 687 milyon dollar, bir səhmə15 cent zərər açıqlamışdı.
"İntel"in dördüncü rübdə gəlirləri isə ötən ilin eyni dövründəki 17,05 milyard dollardan 18,66 milyard dollara yüksəlib.
Analitiklər bir səhmə 1,22 dollar mənfəət və 19,01 milyard dollar gəlir gözləyirdilər.
"İntel"in 2019-un ilk rübü üçün ortaya qoyduğu proqnozlar da investorları qane etməyib.
Şirkət, ilk rübü üçün 16 milyard dollar gəlir və bir səhmə 87 cent mənfəət, tam 2019-cu il üzrə isə bir səhmə 4,60 dollar mənfəət və 71,5 milyard dollar dövriyyə hədəfi müəyyənləşdirib.
Analitiklər isə ilk rüb üçün bir səhm 1 dollar və 2019-cu il üçün 4,51 dollar mənfəət, ilk rübdə 17,29 milyard dollar və tam il üçün isə 73,11 milyard dollar gəlir hədəflənəcəyini gözləyirdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 36 d. əvvəl
- 49 d. əvvəl
-
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























