Banklardan biri mənfəətinin kəskin azaldığını açıqladı
"Bank Melli İran" Bakı filialı 2018-ci ili 2 milyon 141 min 532 manat xalis mənfəət ilə başa vurub. Halbuki filial 2017-ci ili 6 milyon 924 min 515 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, bankın xalis mənfəəti 3,2 dəfə azalıb.
“Marja” Bankın maliyyə nəticələrinə xəbər verir ki, filialın faiz gəlirləri 2017-ci ildəki 2 milyon 967 min manatdan 2018-ci ildə 2 milyon 873 min manata düşüb, haqq və komissiya gəlirləri isə 203 min manatdan 286,3 min manata yüksəlib.
2017-ci ildə "Bank Melli İran" Bakı filialının xalis mənfəətinin yüksək olması kredit və depozit itkiləri üzrə yaradılmış ehtiyatın 5 milyon 750 min manatının azad olması idi. Ötən il yaradılmış ehtiyatın cəmi 521 min manatı azad olub. Qeyd edək ki, kredit riskləri azalan və ya gecikmədə olan kredilər geri qaytarılan zaman ehtiyatlar azad olur və gəlirə əlavə edilir.
Bank inzibati xərclərini azaldaraq 2017-ci ildəki 1 milyon 831 min manatdan 1 milyon 593 min manata endirib.
Müştərilərə verilmiş kreditlər 2017-ci ilin sonundakı 3 milyon 355 min manatdan 3 milyon 578 min manata yüksəlib (6,6% artım).
31-12-2018-ci il tarixində filial 110 milyon 441 min manat cəmi aktivlərə malik olub. Filial 2017-ci ilin sonunda 100 milyon 497 min manat cəmi aktivlərə malik idi.
Ötən ilin sonuna "Bank Melli İran" Bakı filialının 20,5 milyon manat yığılmış zərəri olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 22 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)






